Xəbər lenti
“Uşaq olanda Maykl Cekson dəfələrlə bizə təcavüz edib”
İki kişi iddia edir ki, onlar uşaq olarkən dəfələrlə Maykl Cekson tərəfindən cinsi təcavüzə məruz qalıblar. Onlar bu barədə BBC-yə müsahibələrində danışıblar.
Manevr.az xəbər verir ki, BBC-dəki televiziya proqramına çıxan 36 yaşlı Ueyd Robson deyib ki, pop-ulduz onun hələ 7 yaşı olarkən ona qarşı cinsi hərəkətlərə yol verməyə başlayıb. Bu, dəfələrlə təkrarlanıb və bir neçə il davam edib. Robsonun iddiasına görə, 14 yaşında isə Maykl Cekson onu zorlamağa cəhd göstərib.
40 yaşlı Ceyms Seyfçak da elə həmin proqramda bənzər iddialarla çıxış edib. O bildirib ki, müğənni onun 10 yaşı olandan təcavüz etməyə çalışıb və bu, dörd il ərzində dəfələrlə təkrarlanıb.
Robson və Seyfçak "Neverlendi tərk edərkən" adlı sənədli filmdə də eyni iddiaları səsləndirirlər. Britaniyanın "Channel 4" və Amerikanın HBO kanalı tərəfindən hazırlanan sənədli film bir müddət öncə ABŞ-da "Sundance" festivalında göstərilmişdi. Gələn həftə isə onun Britaniyada nümayişi nəzərdə tutulub.
Maykl Ceksonun ailəsi isə deyir ki, bu iddiaları təsdiqləyən bircə dənə də sübut yoxdur./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar