Xəbər lenti
Nobelçi ölümündən əvvəl Putinə məktub yazıb – Züqanov açıqladı
Nobel mükafatı laureatı, Dövlət Dumasının deputatı, akademik Jores Alferov ölümündən az öncə Rusiya Prezidenti Vladimir Putinə və Baş nazir Dmitri Medvedevə Rusiyada elmin inkişafı barədə məktub yazmışdı.
Manevr.az xəbər verir ki, bunu TASS-a Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov açıqlayıb.
Siyasətçi deyib:
“Mən onun yanına xəstəxanaya getmişdim, o, müalicə olunurdu. Özünü yaxşı hiss edirdi. Dedi ki, hər şey arxada qaldı, prezidentə və baş nazirə akademik elmin inkişafı barədə məktub hazırladığını bildirdi”.
Gennadi Züqanov daha sonra bildirib ki, J.Alferov nümunəvi təhsil müəssisəsi yaratmışdı:
“O, deputat və bir insan kimi bizim elmimizin və təhsilimizin inkişafı üçün sonsuzadək işləyirdi. O, ölkəmizin bütün dünyadakı səfiri idi. Dünyanın hər yerində, o cümlədən Amerikada da onun çoxlu dostları vardı. O, bir insan və yoldaş kimi son dərəcə yaxşı xarakterə malik idi. Heç vaxt heç kimə köməkdən imtina etməzdi. Son günlərinədək bütün gücü ilə işləyirdi”.
Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores Alferov bu gün 89 yaşında vəfat edib.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar