Xəbər lenti
82 yaşlı prezident xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın vəziyyəti ağırlaşıb və o, Cenevrədəki xəstəxanaya yerləşdirilib.
Manevr.az xəbər verir ki, martın 2-də 82 yaşı tamam olan Buteflika Cenevrənin universitet xəstəxanasında müalicə edilir. Onun palatasının yerləşdiyi mərtəbə güclü mühafizə altına alınıb. “İntensiv terapiya şöbəsinə yerləşdirilən prezidentin yanına heç kimi buraxmırlar. Buteflika çox ağır, demək olar, huşunu itirmiş vəziyyətdədir”, - deyə xəstəxanadakı mənbə bildirib.
Telekanal xatırladır ki, martın 1-də bütün Əlcəzair ərazisində on minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları keçirilib. Aksiyalar paytaxtda daha kütləvi xarakter alıb. Polis nümayiş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar isə hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşa basıb.
Əbdüləziz Buteflika fevralın 10-da ardıcıl olaraq beşinci dəfə növbəti prezident müddəti üçün rəsmən namizədliyini irəli sürüb.
Ölkədə prezident seçkiləri aprelin 18-nə təyin olunub. Bəzi müxalif siyasətçilər seçkilərdə iştirak etmək niyyətlərini bildiriblər. Hakim koalisiya Buteflikanın namizədliyini yekdilliklə irəli sürsə də, müxalifət vahid namizəd barədə razılığa gələ bilməyib.
Əbdüləziz Buteflika 2013-cü ildə keçirdiyi mikroinsultdan sonra bir neçə həftə Fransada hospitalda müalicə alıb. O vaxtdan bəri əlil arabasında hərəkət edən siyasətçi nadir hallarda ictimaiyyət qarşısına çıxır. (AzərTAc)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar