Xəbər lenti
Qadınlara qadağan edilən peşələrin yeni siyahısı... - Nazir açıqladı
Rusiyada qadınlara qadağan edilən peşələrin yeni siyahısı bir ay müddətində qəbul olunacaq.
Manevr.az xəbər verir ki, bunu Rusiyanın əmək və sosial müdafiə nazirini müavini Aleksey Çerkasov bəyan edib.
Nazir müavini bildirib ki, ikinci dəfə ictimai müzakirədən keçən siyahıya Ədliyyə Nazirliyində də baxılıb. Onun sözlərinə görə, qadınların reproduktiv sağlamlığı üçün zərərli olan peşələr onlara qadağan olunub. Siyahını hazırlayanlar cəmiyyətdə qadın peşələri haqqında bəzi stereotiplərdən də uzaqlaşmağa çalışıblar. Nazirlik rus qadınları üçün qadağan edilən 456 peşəyə yenidən baxıb: zərif cinsin nümayəndələrinin çörəkbişirmə sexlərində usta, hava, dəniz, çay və dəmiryolu nəqliyyatında, ağırtonnajlı avtomobillərdə sürücü və sosial texnikanın maşinisti işləməsinə icazə veriləcəyi ehtimal olunur. Əmək və sosial müdafiə naziri Maksim Topilin bildirib ki, bu qadağaların götürülməsi qadınların işlə təmin olunmasında müsbət rol oynayacaq.
Rusiya Prezidenti Vladimir Putin gender bərabərliyinin təmin edilməsi və rusiyalı qadınlar üçün karyera məhdudiyyətlərinin aradan qaldırılması barədə sərəncam da imzalayıb. Rusiyada qadınların işləyə bilməyəcəyi 38 sahə üzrə 456 peşənin siyahısı 1974-cü ildə sovet hökuməti tərəfindən təsdiq edilib. Onların arasında matros, bosman, maşinist, avtobus sürücüsü və digər peşələr var.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar