Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Stiven Hokinqin xəstəliyinin sirri açıldı

Tarix: 27-02-2019 10:37     Baxış: 4229 A- / A+
Stiven Hokinqin xəstəliyinin sirri açıldı


ABŞ-ın Yan və Dana Dunkan adına Neyroloji Tədqiqatlar İnstitutu və Beylor Tibb Kollecinin birgə alim qrupu görkəmli nəzəriyyəçi-fizik Stiven Hokinqin əziyyət çəkdiyi Lu Qeriq xəstəliyinin inkişaf mexanizminin sirrini açıb.

Məlum olub ki, xəstəlik zamanı ubikvilin zülalı lisozun (metabolizm tullantılarının emalı prosesinə cavab verən hüceyrə komponentləri) fəaliyyətini nizamlamağı dayandırır.

Bu barədə “MedicalXpress”də press-reliz dərc olunub.

Tədqiqatçılar eksperimentlərdə sınaq orqanizmi olaraq ubikvilini kodlaşdıran düzgün gen versiyasından məhrum olan dişi milçəklərdən istifadə edib. Mutant-həşəratlarda yaşla əlaqədar neyroloji pozuntular, o cümlədən, sinir hüceyrələrinin fəaliyyətinin pozulması, onların tələfatı və zədəli lisozların yüksək konsentrasiyası müşahidə olunub.

Məlum olub ki, qüsurlu ubikvilin (zülal kompleksini hüceyrə tullantılarından təmizləyən) proteasomların funksionallığının pozulmasına səbəb olur və autofaqiyaya (hüceyrənin lazımsız və ya funksionallığını itirmiş komponentlərini kənarlaşdıran, təbii tənzimlənən hüceyrə mexanizmi - red.) əngəl törədir.

Autofaqiya zamanı vezikullar (hüceyrə köpükləri) zədəli zülalları udur. Ardınca vezikullar lizosomlarla qarışır və nəticədə, meydana gələn turş mühit tullantıları parçalayan fermentləri işə salır. Ancaq mutant ubikvilin olan yerdə mühit lazımi səviyyədə turşulu olmur.

Alimlər bu mexanizmin insan orqanizmində də keçərli olub-olmadığını yoxlamaq niyyətindədir. Onlar lisozların turşuluq səviyyəsini bərpa etməklə yan amiotrofik sklerozun inkişafını ləngitmək niyyətindədir.

Yan amiotrofik skleroz (YAS, ing. ALS) və ya Şarko xəstəliyi və ya Lou Gehriq xəstəliyi — nevroloji xəstəlik olub, inkişaf edərək icraetmə funksiyasının pozulmasına, sosial dezadaptasiyaya və sonda ölümə gətirib çıxarır. Ön buynuzlarda və beyin kötüyündə yerləşən aşağı motoneyron, presentral qırışda yerləşən yuxarı motoneyron, kortikospinal yolların və əksərən prefrontal motoneyronların zədələnməsi nəticəsində yaranır./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar