Xəbər lenti
ABŞ-ın mühacir kampında cinsi istismar iddiası - Minlərlə uşağa təcavuz edildi...
ABŞ-da ailələrindən ayrı saxlanılan minlərlə uşaq və gəncin cinsi istismara məruz qaldığı iddia edilir.
Manevr.az-ın musavat.com-a istinadən məlumatına görə, bu barədə “Axios” xəbər portalı yazıb. Xəbər portalı məlumatı respublikaçı Konqres üzvü Ted Doyşın ofisindən əldə etdiyi ABŞ səhiyyə və insani xidmətlər idarəsinin sənədlərinə əsasən yaydığını açıqlayıb. Məqalədə qeyd olunur ki, 4 ildə ailələrindən ayrı qalan minlərlə uşaq və yeniyetmə cinsi istismarın qurbanı olub. Sənədlərdə göstərilir ki, cinsi istismarla bağlı 2014-2018-ci illər arasında miqrasiya idarəsinə 4556, ədliyyə nazirliyinə isə 303 ərizə daxil olub.
Şikayət ərizələrində qeyd olunub ki, uşaqların saxlanıldığı yerdə çalışan personel azyaşlılara pornoqrafik görüntülər izlətdirib və cinsi istismar edib.
Ted Doyş azyaşlılara qarşı bu davranışın iyrənc olduğunu bildirib: “Bu iddialardan sonra hansı addımlar atılıb, uşaqların saxlanıldığı mərkəzlərdə nələr baş verir? Bu, cavab verilməsi lazım olan sualların başlanğıcıdır".
ABŞ səhiyyə və insani xidmətlər idarəsi sözçüsü Caitlin Oakley isə açıqlamasında bildirib ki, valideynləri yanlarında olmayan azyaşlıların güvənliyi ən həssas məsələdir.
“Hər kəs çətin şərtlər altında yaşayan müdafiəsiz uşaqlara qarşı məsuliyyətini dərk edir. Hər bir istismar iddiası ciddiyə alınaraq istintaqa göndərilməli, nəticə üçün daha çevik hərəkət edilməlidir”, - Caitlin Oakley deyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar