Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rəsmi Tbilisidən Moskvaya açıq mesaj: "İşğal sona çatmayanadək diplomatiq əlaqələr olmayacaq"

Tarix: 26-02-2019 13:46     Baxış: 2234 A- / A+
Rəsmi Tbilisidən Moskvaya açıq mesaj: "İşğal sona çatmayanadək diplomatiq əlaqələr olmayacaq"


"Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri mövcud deyil və bu əlaqələr Rusiyanın ərazilərimizi işğal altında saxlayanadək də olmayacaq”.

Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze hökumət iclasından öncə keçirdiyi brifinqdə bildirib.

O, Abaşidze-Karasin formatında görüşlərin keçirilməsinin gərəkli olub-olmadığını da şərh edib: "Bu format bir neçə il bundan öncə yaradılıb və bunun nə üçün yaradıldığı yadımızdadır. Bu formatın əsasən iqtisadi və humanitar məsələlərlə bağlı istiqamətləri var. Rusiya Gürcüstan ərazilərini işğal altında saxlayana qədər bu ölkə ilə diplomatik münasibətlərimiz olmayacaq. Bu, çox prinsipial məsələdir”.

Qeyd edək ki, Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə nümayəndəsi Zurab Abaşidze və Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin iki ölkə arasında diplomatik münasibətlərin olmadığı şəraitdə 2012-ci ildən etibarən qeyri-rəsmi dialoq aparırlar. Abaşidze-Karasin formatında növbəti görüş fevralın 27-də Praqada keçiriləcək.

Gürcüstan və Rusiya arasında diplomatik münasibətlər 2008-ci ildə kəsilib/eport.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar