Xəbər lenti
Boris Yeltsini hakimiyyətdə saxlayan jurnalist intihar etdi
Rusiya media dünyasının tanınmış isimlərindən, NTV kanalının yaradıcılarından İqor Malaşenko İspaniyada ölü olaraq tapılıb.
Onun intihar etdiyi deyilir.
İqor Malaşenko 90-cı illərdə Rusiya mətbuatının və siyasətinin ən parlaq simalarından biri olub. O, keçmiş prezident Boris Yeltsinin 1996-cı ildəki seçki kampaniyasına rəhbərlik edən şəxslərdən sayılıb.
Həmin vaxt Malaşenko kampaniyanın ictimiyyətlə əlaqələr üzrə işlərinə və informasiya siyasətinə kuratorluq edirmiş. Boris Yeltsinin kommunist Gennadi Züqanov üzərində qələbəsində İ.Malaşenkonun əməyinin misilsiz olduğunu onun yaxın ətrafı da söyləyir.
Keçmiş prezidentin qızı Tatyana Yumaşevanın sözlərinə görə, B.Yeltsin İ.Malaşenkonun işini o dərəcədə qiymətləndirib ki, hətta seçkidən sonra ona prezident administrasiyasının rəhəbri olmağı təklifini edib. Lakin mediamenecer bu cazibəli işdən boyun qaçırıb.
1990-cı illərin əvvələrində isə İqor Malaşenko SSRİ-nin sonuncu prezidenti Mxail Qorbaçovun aparatının məsləhətçisi və “Ostankino” teleradio şirkətinin rəhbəri vəzifələrində çalışıb.
1993-cü ildə o, mediamaqnat Vladimir Qusinski, Oleq Dobrodeyev və jurnalist Yevgeni Kiselyovla birlikdə NTV kanalını təsis edib.
O, burada prezident və baş direktor vəzifələrini tutub.
İ.Malaşenkonun “qara günləri” onun NTV-dəki dostları kimi Vladimir Putinin hakimiyyətə gəldiyi vaxtdan başlayıb.
Rusiyanın indiki prezidentinin hakimiyyəti dövründə ölkənin bir vaxtar ən qüdrətli simalarından sayılan bu adam demək olar ki, bütün təsir imkanlarından məhrum edilib./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar