Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Trampın keçmiş əməkdaşı onu məhkəməyə verib - ÖPÜŞƏ GÖRƏ

Tarix: 26-02-2019 07:37     Baxış: 3230 A- / A+
Trampın keçmiş əməkdaşı onu məhkəməyə verib - ÖPÜŞƏ GÖRƏ

ABŞ prezidenti Donald Trampın seçki qərargahının keçmiş əməkdaşı Alva Conson dövlət başçısını məhkəməyə verib.

A.Conson Ağ Evin indiki rəhbərinin 2016-cı lin avqustunda Florida ştatının Tampa şəhərində onun razılığı olmadan hər kəsin önündə öpdüyünü iddia edib.

“The Washington Post” qəzetinin yazdığına görə, iddia ərizəsi həmin şəhərin federal məhkəməsinə təqdim olunub. Burada 43 yaşlı qadın 2016-cı il avqustun 24-də Trampın seçicilərlə görüşdən sonra seçki qərargahının üzvlərinin əhatəsində onun qolundan tutaraq dodaqlarından öpməyə cəhd göstərdiyini yazıb. Qadının sözlərinə görə, həmin vaxt o, öpüşdən yayına bilib. Alva Conson öpüşün “superrəzillik” və “qəti qəbul edilməz” olduğunu vurğulayıb.

İddiaçı bu barədə anasına və ögey atasına danışdığını bildirir. Onun dediyinə əsasən, insidentdən 2 ay sonra hüquqşünasın yanına məsləhətləşməyə də gedib. Lakin vəkil həmi vaxt “iş səbəblərindən dolayı” ona kömək göstərməkdən imtina edibmiş. Bundan sonra hüquqşünas onu psixoterapevtin yanına da göndərib. Psixoterapevt Lesxeyn Hurvutsin sözlərinə görə, Trampla həmin görüşdən sonra A.Conson əsl kabusu yaşayıb.

Qaradərili Alva Conson Alabama ştatında yaşayır və onun 4 uşağı var.

Öz növbəsində Ağ Evin mətbuat katibi Sara Sanders Alva Consonun dediklərini tamamilə inkar edib. O, hadisənin ümumiyyətlə baş vermədiyini və bunu bir çox şahidin ifadəsinə əsaslanaraq bildiyini deyib.

2011-2019-cu illərdə Florida ştatının baş prokuroru olmuş, respublikaçı Pamela Co Bondi də həmin vaxt Donald Trampın afroamerikalı Alva Consonu öpdüyünü görmədyini bildirib. (musavat)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar