Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Pekin şəhərini türklər salıb - TARİXİ FAKT

Tarix: 24-02-2019 22:41     Baxış: 5237 A- / A+
Pekin şəhərini türklər salıb - TARİXİ FAKT


Türklərin Çinlə münasibətləri hələ qədim dövrlərdən olub. Bu günə qədər də Çində müxtəlif türk xalqları yaşayır. Çinin tarixində türklərin danılmaz rolu var. Bəzi tədqiqatçıların fikrinə görə, Çində gizlədilən Ağ Piramidalar türk sivilizasiyasından qalıb. Çindəki türk izlərindən biri də Pekin şəhərinin salınmasıdır.


Manevr.az bildirir ki, "ölkə.az"a tarixçi alim Əkbər Nəcəfin verdiyi tarixi faktlara əsasən, şəhəri türklər salıb. Bu faktları oxuculara çatdırırıq.

Kubilay Monqol xaqanlığa yeni və qəribə bir ad verib: Yuan. Bu ad Konfutsinin "Dairələr kitabı"ndan seçilmiş "kainatın başlanğıcı" və ya "təməl güc" mənasında "Kökən" sözündən alınıb.

Kubilay özünün yeni paytaxtını da məhz Konfutsi fələsəfəsinə əsasən planlaşdırıb. Böyük Paytaxt, yəni çincəsi Ta-tu (Pekin) beş ilə (1266-1277) salınıb. Ta-tunun memari quruluşu kainata oxşadılmışdı.

30 km-lik dairə içində yetləşən şəhər üç bölümdən ibarət idi: iç bölümdə xaqan və ailəsi, onun ətrafında hökumət adamları və ailələri, kənar bölümdə isə xalq yaşayırdı. Şəhərin memarı Orta Asiyalı türk əslli bir müsəlmandı. Çin mənbələrində onun adı Yeh-hei-tueh-erh olaraq qeyd edilir. Onun əmrində dünyanın dörd tərəfindən minlərlə bənna-usta vardı. İşçilərin sayı isə 30 mini aşırdı. Kubilay 1274-cü ildə yeni şəhərə yerləşmişdi. Onun sarayı bozqırda türk xaqanına aid böyük bir çadır kimi dizay edilmişdi. Sarayın divarları xalçalar, kilimlər və ipəklərlə bəzədilmişdi. Şəhərdə göllər, körpülər və baxçalar salınmışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar