Xəbər lenti
Küveyt əmirinin qum üzərində portretini çəkdilər
Əsər kosmosdan da görünür, “Ginnesin Rekordlar Kitabı”na da düşüb...
Birləşmiş Ərəb Əmirliyi qonşu Küveytin 25 fevralda qeyd olunan milli bayramı münasibəti ilə qumdan nəhəng portret hazırlayıb. Al Qudra gölünün yaxınlığında Küveyt əmirinin qum üzərinə köçürülmüş həmin portreti kosmosdan belə, görünür.
Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın qum üzərindəki portreti artıq “Ginnesin Rekordlar Kitabı”na düşüb. Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum ”Twitter” üzərindən qum portretin video-görüntülərini paylaşıb.
Portret 170 min kv.metr sahəni əhatə edir. Onu hazırlamaq üçün texniki avadanlıqlardan istifadə edən işçi qrupu 2.400 saat ərzində çalışmalı olub.
Qonşu ölkənin milli bayramı münasibəti ilə dünyanın ən hündür tikilisi olan Dubaydaki Bürc Xəlifə üzərində Küveyt bayrağı dalğalanır.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar