Xəbər lenti
“Donald Trampı bir az əyləndirərik…” — İran xarici işlər naziri
“ABŞ İranın neft ixracına qarşı sanksiyalarını bir qədər də sərtləşdirsə, onları təəccübləndirə bilərik”.
Manevr.az xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçrənin “Basler Zeitung” nəşrinə müsahibəsində bildirib.
“Bunu hansı üsulla edəcəyimizi demirəm. Donald Tramp sürpriz həvəskarı olduğuna görə onu bir az əyləndirərik”, – deyə o qeyd edib.
Nazir beynəlxalq ictimaiyyəti İranla münasibətlərində, ilk növbədə, öz mənafelərini əsas götürməyə, ABŞ-ın Çinlə də ticarətə qadağa qoysa, mümkün nəticələri götür-qoy etməyə çağırıb.
M.Zərif Avropa ölkələrinin İranla ticarət aparmaq üçün ABŞ sanksiyalarından yayınmaq məqsədilə tətbiq etdiyi İNSTEX tədiyyə mexanizmini də yarımçıq adlandırıb.
O, sanksiyaların xarici şirkətlərin ölkəyə gəlişini əngəllədiyini, halbuki İranın daha çox xarici sərmayələrə möhtac olduğunu vurğulayıb.report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar