Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nazarbayev təngəni də "rusca"dan xilas etdi

Tarix: 22-02-2019 23:18     Baxış: 4309 A- / A+
Nazarbayev təngəni də "rusca"dan xilas etdi

Qazaxıstan hakimiyyəti milli ölkənin milli valyutası olan təngənin dizaynını və banknotlarını dəyişdirmək qərarına gəlib.

Manevr.az
musavat.com-a istinadən xəbər verir ki, indi yeni əskinasların üzərində rus dilində yazı olmayacaq.

Prezident Nursultan Nazarbayevin müvafiq fərmanı “Adilet” adlı hüquq-informasiya saytında dərc olunub.

“Banknot və dəmir pulların dizaynında istifadə olunan yazı mətni dövlət dilində aparılmalıdır. İnvestisiya və kolleksiya pullarında isə xarici dildən (məsələn rus dilindən-red.) yararlanmaq mümkündür” - deyə sənəddə bildirilir.

Qeyd olunur ki, köhnə qaydalara əsasən pul əskinaslarında rus dili qazax dili ilə birlikdə yazılırdı.

Rus dili Qazaxıstanda rəsmi dil hesab olunur.

Konstitusiyaya görə, bu dildən dövlət idarlərində istifadə etməyə icazə verilir. Lakin hakimiyyət artıq bu iki dildən başqa, ingilis dilinin də geniş şəkildə yayılmasına çalışır.

Prezident Nursultan Nazarbayev isə hakimiyyətdə olduğu bütün dövr ərzində Qazaxıstanda yerli dil və adətlərin üstün mövqe tutmasına nail olub. Qazaxıstanda dövlət səviyyəsində türk millətçiliyi ideyaları da inkişaf etdirilib.2018-cı ildə isə, Qazaxıstan prezidenti parlament və hökumətin iclaslarda qazax dilindən istifadə olunmasını tələb edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar