Xəbər lenti
“Putin tələyə düşdü, SSRİ-ni də bu yolla dağıtdılar” - Politoloq
“Rusiya prezidenti Vladimir Putinin fevralın 20-də Federal Şuraya və Dövlət Dumasına illik müraciətini diqqətlə dinlədim. Gəldiyim qənaət budur ki, Putin 2000-ci ildən bu yana Rusiya iqtisadiyyatını inkişaf etdirməyə çalışsa da, əldə etdiyi nəticə cüzidir. Özü də çıxışında etiraf etdi ki, Rusiyada hələ də 19 milyon insan yoxsulluq həddində yaşayır. Putin 18 ildir eyni sözləri deyir: “Yoxsulluqla qurtarmalıyıq”, “İnsanların həyat şəraitlərini artırmalıyıq”, “Düşünmək üçün zamanımız yoxdur, hərəkətə keçməliyik” və s. Dəyişən bir şey yoxdur”.
Manevr.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. E.Şahinoğlu hesab edir ki, Rusiyanın ağır iqtisadi və sosial vəziyyətinə rəğmən, Putin bu dəfə də ABŞ-a meydan oxumağı unutmadı:
“O, hətta Amerikaya tuşlaya biləcək raketlərin adlarını çəkdi: “Avanqard”, “Peresvet”, “Kinjal”, “Burevestnik”, “Poseydon” və “Siklon”. Putin sonuncu raketin üzərində xüsusi dayandı. Nüvə başlığı daşıya bilən “Siklon” raketi 9 min kilometr məsafəyə qədər uçur. Bununla Putin demək istəyir ki, Rusiyanın raketləri nəinki Amerikanın Avropadakı müttəfiqlərini, Amerikanın özünü də hədəfə götürəcək. Heç “soyuq müharibə” illərində Kremldən Vaşinqtona bu cür təhdidlər ünvanlanmırdı.
Putin Amerikanın tələsinə düşür. Amerikanın elə məqsədi odur ki, 19 milyon yoxsulu olan Rusiya öz maliyyəsini iqtisadiyyata deyil, bahalı raketlərə və başqa hərbi layihələrə xərcləsin. SSRİ-ni də vaxtilə bu yolla dağıtdılar”. /cebhe.info/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar