Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Uçan təyyarədə əqrəb sərnişinlər arasında çaxnaşmaya səbəb olub

Tarix: 20-02-2019 08:35     Baxış: 4227 A- / A+
Uçan təyyarədə əqrəb sərnişinlər arasında çaxnaşmaya səbəb olub


İndoneziyada Pekanbaru-Cakarta reysi ilə uçan "Boeing-737" təyyarəsində əqrəb sərnişinlər arasında çaxnaşmaya səbəb olub.

Manevr.az Azərtac-a istinadən bildirir ki, təqribən 12 düym uzunluğunda həşərat sərnişinlərdən biri yuxarı baqaj yerindən əl yükünü götürərkən plastik qapağın kənarına çıxıb.

Asiya meşə əqrəbi adlandırılan bu növün ən təhlükəli və zəhərli həşəratlardan biri olduğu bildirilir. Onun nə vaxtdan təyyarənin göyərtəsində olduğu məlum deyil. Qapağın kənarında görünən əqrəb sərnişinlər arasında çaxnaşma yaradıb.

Baş verən hadisənin şahidi olmuş Kərim Taslin adlı sərnişin bildirib ki, təyyarə endikdən sonra sərnişinlər əl yüklərini götürməyə başlayanda əqrəb onların başı üzərində görünüb. K.Taslin xidmət personalını çağırmaq üçün düyməni basdığını, lakin heç kimin ona yaxınlaşmadığını deyib. Bundan sonra o, çantasını götürərək təyyarəni təcili tərk edib.

Məlumatda qeyd edilir ki, sərnişinlər arasında çaxnaşma göyərtə bələdçilərinin hadisə yerinə yaxınlaşmasına imkan verməyib. Sərnişinlər təyyarəni tərk etdikdən sonra aeroportun əməkdaşları əqrəbi axtarmağa başlasalar da, onu tapmaq mümkün olmayıb.

Təyyarənin məxsus olduğu aviaşirkət isə həşəratın tezliklə tapılaraq laynerdən çıxarılacağını vəd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar