Xəbər lenti
Aclıq edən erməni məhbusların qohumları Paşinyana qarşı
Ermənistanın “Nubaraşen” həbsxanasında aclıq elan edən məhbusların ailə üzvləri və qohumları İrəvanda hökumət binası önündə toplaşaraq etiraz aksiyası keçirirlər.
Manevr.az erməni KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb edirlər.
“Biz Paşinyanla və ya əvvəlki rəhbərliklə heç bir əlaqəsi olmayan birisi ilə görüş tələb edirik. Hökumət özü bizi bura dəvət edib, amma indi bilinməyən səbəblərdən vaxtı uzadırlar və bizi qəbul etmək istəmirlər. Biz baş nazirlə görüşüb aydınlaşdırmaq istəyirik ki, 1 günlük cəzanın 1,5 günlə əvəzlənməsi məsələsi (cəza müddətinin qısaldılması) müzakirəyə çıxarılıb, ya yox. Bu, 2004-2018-ci illərdə penitensiar müəssisələrdə faşist hərbi düşərgələrindən də pis şərtlər altında cəza çəkənlərə aiddir” – məhbusların qohumlarından biri bəyan edib.
Digər bir etirazçı isə bildirib ki, Ermənistan həbsxanalarındakı 100 məhbus birlikdə aclıq aksiyası elan etməyə hazırlaşır ki, bu da guya inqilabla “demokratiyaya” qovuşan ölkə üçün sadəcə rüsvayçılıq olacaq.
Aksiya iştirakçıları bəyan ediblər ki, məhkumların cəzaçəkmə müddətinin yeni ixtisarı ilə bağlı parlamentdə qanun qəbul edilənədək etirazları dayandırmayacaq və sonadək mübarizə aparacaqlar.
Qeyd edək ki, hazırda Ermənistanın “Nubaraşen” həbsxanasındakı 7 məhkum aclıq aksiyası keçirməyə davam edirlər. Onlardan ikisi ömürlük azadlıqdan məhrum edilmiş Armen Ter-Saakyan və Aram Xaçikyandır. Məhkumlar onlara qarşı açılan cinayət işinə yenidən baxılması və yol verilən haqsızlığa son qoyulmasını, həmçinin, Ermənistanın ədliyyə naziri Artak Zeynalyanla görüş tələb edirlər.
Eyni zamanda, “Armavir” cəzaçəkmə müəssisəsindəki məhbuslar da aclıq elan edib. Onların sözlərinə görə, vaxtilə məhkəmədə hakimin çıxardığı hökmlər qeyri-obyektiv və qərəzlidir. Aclıq aksiyası elan etməklə məhbuslar aidiyyatı qurumların diqqətini ədliyyə sistemindəki haqsızlıq və özbaşınalığa çəkmək və onlara qarşı çıxarılan hökmlərə yenidən baxılmasını istəyirlər.
Onu da xatırladaq ki, “Nubaraşen” həbsxanasında saxlanılan “Ermənistan qartalları - Vahid Ermənistan” partiyasının sədr müavini, hökumət əlehinə çıxdığına görə həbs olunan Mqer Yeqiazaryanın 44 günlük aclıq aksiyasından sonra yanvarın 26-da ölmüşdü.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar