Xəbər lenti
"Xoşbəxt olan milyarder görmədim" - Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev heç vaxt xoşbəxt milyarderlərlə rastlaşmadığını deyib və gənclərə sadə işlərdən utanmamağı tövsiyə edib.
"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, "Qazaxıstanın 100 yeni siması” layihəsi çərçivəsində mərasimə qatılan Nazarbayev insanların imkanlarının sərhədsiz olduğunu deyib:
"Mən hər zaman gənclərə deyirəm: evləri təmizləmək ayıb deyil, düzdür? Ayıb odur ki, işsiz, bədbəxt olasan. Ayıb odur ki, qadınlar bədənlərini satır. Asanlıqla əldə olunmuş uğur xoşbəxtlik deyil. Zəngin valideynlərinizdən sizə miras qala bilər. Ancaq bununla gələcəyiniz olmayacaq. Təcrübəli biri kimi deyirəm: 10-20 milyardı olan xoşbəxt milyarder görmədim. Sizə intihar edən, həbsxanalara düşən milyarderlərin siyahısını təqdim edə bilərəm. Belə şeylər xaricdən xoşbəxtlik kimi görünə bilər. Ancaq əsl xoşbəxtlik əziyyətlə qazanılandır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar