Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fransız yazıçı: “Biz ermənilərin hər istəyi ilə oynamağı bir gün dayandırmalıyıq”

Tarix: 13-02-2019 10:16     Baxış: 4281 A- / A+
Fransız yazıçı: “Biz ermənilərin hər istəyi ilə oynamağı bir gün dayandırmalıyıq”


"Fransa Prezidentinin problemləri var və beləliklə, növbəti prezident seçkilərində ona səs verəcək seçicilər toplamaq asan olmayacaq. Emmanuel Makronun qondarma erməni soyqırımı məsələsini yenidən gündəmə gətirməkdə məqsədi Fransada yaşayan ermənilərin səsini qazanmaqdır".

Manevr.az xəbər verir ki, bunu fransalı yazıçı İv Benar report-a açıqlamasında bildirib.

O, Fransa prezidentinin bu yaxınlarda aprelin 24-nü uydurma erməni soyqırımının milli anım günü elan edilməsi ilə ölkədə yaşayan erməni icmasına verdiyi vəddən danışaraq deyib ki, bu, olduqca səhv addımdır: "Uydurma erməni soyqırımı milli anım gününün Fransada elan edilməsi aranı bir az da qızışdırmağa xidmət edəcək. Halbuki, buna heç bir ehtiyac yox idi. Biz ermənilərin hər istəyi ilə oynamağı bir gün dayandırmalıyıq. Heç yahudilərə qarşı bütün bu olunanlardan sonra onların anım gününü belə qeyd etmirik".

Yazıçı Azərbaycanın işğal olunmuş torpaqları məsələsinə də toxunub: "Fransa Minsk qrupunun üzvü kimi hər iki ölkə ilə, istər Azərbaycan, istərsə də Ermənistan ilə məsafə saxlamalı, neytral mövqedə dayanmalıdır. 25 ildir ki, Azərbaycanın ərazisini zəbt etmiş bir ölkəyə haqq qazandırmaq mümkün deyil. Bir anlıq bu vəziyyətin əksini təsəvvürümüzə gətirək. Əgər Azərbaycan Ermənistanın ərazisini zəbt etmiş olsaydı, bunun necə böyük bir təşvişə səbəb olacağını təsəvvür etmək belə çətindir".

Yazıçı bildirib ki, türklər də Fransada çoxluq təşkil edirlər: "Fransada yaşayan türklər ermənilərə nisbətən çox az səs verirlər. Mən artıq neçə illərdir ki, rastlaşdığım türklərə izah edirəm ki, onlar bu məsələdə daha artıq səy göstərməlidirlər və ikili vətəndaşlığı qəbul etməlidirlər. Ermənilərin səsi 300 mindirsə, türklər istədikləri halda bu səsi toplaya bilərlər, çünki onlar çoxluq təşkil edirlər. Fransalı siyasətçiləri yalnız seçicilərin səsləri maraqlandırır. Əgər sabah türklərin səsi ermənilərinkindən çox olarsa vəziyyət əks istiqamətdə inkişaf edəcək. Emmanuel Makron Fransada çox fəal olan ermənilərə itaət edir. Xüsusilə ermənilər müntəzəm surətdə Fransa Senatı və Milli Assambleyasının dəhlizlərində fırlanır, fransalı senator və deputatlara seçkilər zamanı onlara səs verəcəklərini söz verməklə qarşılığında uydurma erməni soyqırımı, yaxud digər məsələləri parlamentdə qaldırmalarını təklif edirlər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar