Xəbər lenti
Camal Qaşıqçının nişanlısından Trampa ÇAĞIRIŞ
Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz ABŞ prezidenti Donald Trampı bu cinayətlə bağlı mövqeyini dəyişməyə çağırıb.
Manevr.az xəbər verir ki, Cengiz Türkiyədə nəşr olunan və yerli jurnalistlərin ondan aldıqları müsahibə şəklində yazılan "Camal Qaşıqçı: həyatı, mübarizəsi və sirləri" kitabının İstanbulda təqdimatı zamanı bu bəyanatla çıxış edib.
O, kitabı "emosional" adlandırıb, çünki Qaşıqçı burada ona yaxın insanların jurnalisti tanıdıqları kimi təqdim olunmayıb.
"O (Tramp), bu məsələ ilə bağlı yeni mövqe tutarsa, biz çox şad olarıq", - deyə Xədicə NTV telekanalının efirində bildirib.
Cengiz nişanlısının qatillərinin cəzalandırılacağına, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səudun isə "düşüncəli davranaraq" Türkiyənin cinayətin araşdırılması üzrə səylərini dəstəkləyəcəyinə ümid bəslədiyini bildirib.
"Bizim üçün meyitin tapılması və yaxınlarının onun üçün dua edəcəyi yerin olması vacibdir", - deyə o əlavə edib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar