Xəbər lenti
“5 il əvvəl Avropa dövlətləri məni aldatdı” - Yanukoviç
Ukraynanın eks-prezidenti Viktor Yanukoviç 2014-cü ilin fevralında müxalifətlə siyasi böhranın tənzimlənməsi haqda saziş imzalanarkən ona zamin duran Avropa liderləri tərəfindən aldadıldığını hesab edir.
Manevr.az xəbər verir ki, “məni əfəl kimi aldatdılar, satdılar və yarı yolda qoydular” deyən Yanukoviç Moskvada keçirdiyi mətbuat konfransında bunları deyib:
“Fevralın 21-də onlar bu sazişi imzaladılar. Elə həmin gün də silahlı gənclər prezident iqamətgahını və hökumət binasını tutdular. Növbəti gün isə Avropa ölkələri buna dəstək durdular. Olanlara görə məsuliyyəti heç kəs onların üzərindən götürmədi. İstərdim ki, mənə açıq şəkildə cavab versinlər: niyə mən illərlə onlarla müraciət edirəm və həmin ölkələrin liderlərindən heç bir cavab ala bilmirəm?”.
Qeyd edək ki, adıçəkilən saziş 2014-cü il fevralın 21-də Kiyevdə Viktor Yanukoviçlə müxalifət nümayəndələri arasında imzalanıb. Müqaviləyə zamin duranlar isə Almaniya, Fransa və Polşa olub.qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar