Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Robotlarla inanılmaz seks sərgüzəştləri və nikah - Ağlasığmaz yenilik

Tarix: 06-02-2019 07:43     Baxış: 3337 A- / A+
Robotlarla inanılmaz seks sərgüzəştləri və nikah

Texnologiyanın işıq sürəti ilə uçduğu bir dövrdə alimləri bir məqam maraqlandırır. Robotu sevib, onunla ailə qurmaq mümkündürmü? Bir sıra mütəxəssislər robotlara cinsi meyllilik duyan insanları rəqəmseksuallar adlandırmağı təklif edirlər.

Artıq Asiya və Avropanın bır sıra ölkəsində süni intellekt və yüksək texnologiya nümunələri insanların intim sahəsinə ayaq açıb.

Amerikalı mütxəssislər Mark Houlfider və Yozef Reyzin qəribə bir sual ətrafında araşdırma aparmağa qərar verirlər. Robotla nikah hansı halda doğru sayıla bilər? Sualın bir məntiqli cavabı var. İnsanlar robotları şəxsiyyət kimi qəbul edə biləcəklər, yoxsa yox. Bu yalnız bir halda baş verə bilər ki, robot sosial məsuliyyəti öz üzərinə götürüb, qanunlara tabe olsun. Məsələn, Angela Mari Vogelin korporasiya ilə qısamüddətli nikahı buna misal ola bilər.


Manevr.az
xəbər verir ki, yeni eranın nikahları üçün hər iki tərəfin razılığı mütləqdir. Bundan əlavə robotlar cəmiyyət tərəfindən şəxsiyyət kimi qəbul edilməli və nikah müqaviləsini tam dərk etməlidir. Lakin bir sıra fəlsəfi suallar meydana çıxır. Süni intellekt nikahın hüquqi qanunlara tabe olan dərin mənasını dərk edə bilərmi? Alimlər düşünürlər ki, bu nikahlardan heç kimə zərər gəlməyəcəksə, niyə də baş tutmasın.

Süni intellekt üzrə mütəxəssis, kompüter şahmatının yaradıcısı Devid Levi 2007-ci ildə işıq üzü görən “Robotlarla məhəbbət və seks” kitabında təxmin edir ki, bu tərz nikahlar 2050-ci ildə gerçəkləşə bilər.

Xatırladaq ki, 2016-cı ildə Lili adlı fransız qadın robota ərə getmək istəyini dilə gətirmişdi. Onun seçimi 3D printerdə çap etdirdiyi İnMoovator robotu olmuşdu.

Bir il sonra isə çinli süni intellekt mütəxəssisi Tzyatzya Çjenyu robotla qeyri-rəsmi nikaha daxil oldu. Medianın yaydığı məlumata görə, gənc alim uzun müddət evlənmək üçün özünə uyğun qız tapa bilmir və ailəsinin təzyiqi onu bu addıma sürükləyir. Gülməli də olsa, Çjenyu ilə robot xanımının toy mərasimi baş tutur. Anası və dostları da onun xoş günündə iştirak edirlər.

2017-ci ildə “Məsuliyyətli robot-texnikasına dəstək” adlı qeyri-kommersiya fondunun əməkdaşları Londondakı Elmi Tibbi Mərkəzdə “Bizim robotlarla seksual gələcəyimiz” adı məruzə təqdim edirlər. Bu sahənin alimlərindən alınan rəylərə görə, artıq yaxın gələcəkdə intim münasibət üçün robotlar ixtira olunacaq və bu hal cəmiyyətin həyatına əsaslı təsir edəcək.

Bir çoxları düşünür ki, seks-robotların icadı sosial izolyasiyaya səbəb olacaq. Bir sıra alimlərsə əksini iddia edirlər. Onların fikrincə tənha insanların sayı azalacaq.

Hələliksə insanabənzər robotların inkişafı arzu olunan səviyyədə deyil. Lakin texnologiya onlarla romantik və intim münasibətlərin imitasiyasının mümkünlüyünü bildirir. Bu həmçinin seks xidməti bazarında da dəyişikliyə səbəb olacaq. Asiya və Avropanın bir sıra şəhərlərində artıq robotlardan ibarət seks məkanları fəaliyyətə başlayıb. Bu həmçinin bir sıra cinsi problemlərin aradan qaldırılmasına səbəb olacaq.

Seksoloqlar hesab edirlər ki, robotlar insanların ən qaranlıq seksual istəklərini də həyata keçirəcəklər.

Bu fakt isə cəmiyyətdə növbəti narahatlığa yol aça bilər. Məsələn ilk seksual təcrübəsi robotla baş tutan insanın psixikasında baş verən dəyişikliyi təsəvvür edirsinizmi?

Bu halda insan özünü gerçək seks partnyoru ilə idarə edə biləcəkmi?

2015-ci ildə yaradılmış “ Seks-robotlara qarşı hərəkat” təşkilatının üzvləri buna bənzər robotların ixtirasında etik normaların gözlənilməsini tələb edirlər. Onlar hesab edirlər ki, seks-robotların istehsalı zorakılığın, psixi pozuntuların sayını artıra bilər.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar