Xəbər lenti
Azərbaycanlı milyarder yenə “boz kardinalla” çəkişir – “Sona qədər gedəcəyik”
Rusiyanın “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov dövlət neft şirkəti “Rosneft”lə yeni çəkişmə içərisindədir.
Manevr.az xəbər verir ki, bu dəfə çəkişmənin predmeti “Lukoil” və “Rosneft” şirkətlərinin yaratdığı birgə müəssisədə-“Başneft-Plyus”da neftin daşınması tarifləridir.
Vahid Ələkbərov RBK-ya bildirib ki, “Rosneft”lə Arktikadakı Varandey terminalından neftin daşınması tariflərinə görə yaranmış mübahisədə “sona qədər getməyə” hazırdır. Hazırda mübahisəyə federal Antiinhisar Xidməti baxır.
“Əgər antiinhisar komitəsi məsələni həll etməsə məhkəmə instansiyalarında mübarizəni davam etdirəcəyik. Qalib gələnə qədər!”-Ələkbərov deyib.
Azərbaycanlı milyarder deyib ki, “Rosneft”lə anlaşmaq çətindir.
Arktikadakı Varandey neft terminalı Ələkbərovun şirkətinə məxsusdur. Mübahisə “Rosneft”in Tatarıstanın dövlət neft şirkəti “Başneft”in nəzarət səhm paketini almasından sonra baş verib. Bu sövdələşmə nəticəsində “Rosneft”in prezidenti, Kremlin “boz kardinalı” və uzun müddətdir Vahid Ələkbərovla çəkişib onu sıradan çıxarmağa çalışan İqor Seçin məcburən onun ortağına çevrilib. Çünki səhmlərinin 75 faizi “Başneft”ə məxsus olan “Başneft-Plyus” şirkətində “Lukoil”un 25 faiz payı var.
Bu birgə müəssisə Yamal-Nen muxtar vilayətinin şimalında iki neft yatağında hasilat aparır. Həmin yataqlardan hasil olunan neft “Lukoil” şirkətinin terminalı üzərindən daşınır. Daşınmanın tarifləri həm Ələkbərov, həm Seçin üçün mühümdür. Çünki “Başneft-Plyus” nefti “Lukoil-Litasco” treyder şirkətinə satır. Bu zaman daşınma xərci çıxılır.
Hazırda bu tarif hər tona görə 38 dollardır, “Rosneft” isə tarifin 3 dəfə aşağı salınmasını istəyir. V.Ələkbərov isə bildirir ki, terminal kommersiya müəssisəsidir və onun “Rosneft”lə ortaq müəssisəyə dəxli yoxdur. Ona görə də tarifləri aşağı sala bilməz.virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar