Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

İnternetdə şəkil paylaşan molla məsciddəki işindən qovuldu

Tarix: 05-02-2019 07:56     Baxış: 3214 A- / A+
İnternetdə şəkil paylaşan molla məsciddəki işindən qovuldu

İsrailin Akre şəhərindəki məscidlərdən birinin müəzzini (minarədən azan oxuyan) idman zalında çəkdirdiyi fotonu sosial şəbəkələrdə paylaşmağın güdazına gedib. Buna görə onu məsciddən qovublar.

Manevr.az
xəbər verir ki, foto paylaşımına görə işini itirən İbrahim Əl-Masri məscidə bərpa olunmasını tələb edir. O bildirib ki, internetdə yayılan fotolarını 2017-ci ildə bodibildinq çempionatında çəkdirib. Məscid rəhbərliyi fotonu görən kimi onu “Əl-Cəzzar” məscidindən uzaqlşdırıb.

Onun sözlərinə görə, məscid rəhbərliyi bu cür məşğuliyyətin din xadimi – müəzzin üçün uyğun olmadığını düşünür. Amma İbrahim özü fərqli fikirdədir.

“Hər idman növünün öz geyimi var. Futbolun, tennisin, üzgüçülüyün hər birinin geyimi ayrıdır. Bu, bodibildinqə də aiddir”, – deyə Əl-Məsri fotodakı geyimilə bağlı iradlara cavab olaraq bildirib.

İbrahim deyir ki, fotoya görə məsciddən qovulacağını ağlına gəlməzdi: “Əminəm ki, İsrail demokratik ölkədir. Kimsə səhvə yol verirsə, onu düzəldə bilər. Bir səhvi başqa bir səhvlə düzəltmək heç yaxşı hal deyil”. Daxili İşlər Nazirliyinin ölkədə dini qurumların fəaliyyətinə nəzarət edən nümayəndəsi isə bildirib ki, İbrahim Əl-Məsri qaydalar çərçivəsində işdən çıxarılıb. Məsciddən isə bu haqda heç bir açıqlama vermək istəməyiblər.bizimyol.info


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar