Xəbər lenti
Qalmaqallı iddia: Fransa prezidentinin köməkçiləri onun ölməsini istəyir
Fransada nəşr edilən bir kitabda prezident Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun hökümətdaxili qərarlara böyük müdaxilələrinin olması iddia edilib.
Manevr.az xəbər verir ki, bu barədə Daily Telegrapy qəzeti məlumat yayıb.
Məlumata görə, Ava Camşidi və Nataniel Şuk adlı jurnalistlərin bir yerdə ərsəyə gətirdiyi "Madame La Presidente" adlı kitabda Makronun köməkçiləri və xanımı arasında geniş bir rəqabətin getdiyi haqda da yazılır. Digər bir məlumatda isə prezidentin Yelisey sarayındakı köməkçilərinin Bricit Makronun varlığından narahat olması haqqındadır. Belə ki, yazılanlara görə, köməkçilər Makronun xanımının ölməsini arzu edirlər. Daha sonra Bricit Makron Fransa prezidentinin beyninin sağ tərəfi adlandırılıb. Emmanuel Makron Yelisey sarayının qapıları bağlanan kimi ölkənin vəziyyəti haqqında ilk olaraq Bricit Makronla müzakirə etdiyi də kitabda yazılıb.
Kitabda yazılanlara görə, Fransanın təhsil naziri təyin edilməsində də Fransa prezidentinin xanımının müdaxiləsi olub. Daha bir məlumatda isə bildirilir ki, Bricit Makron Fransanın istefa verən ekologiya nazirinin Emmanuel Makronun qəbluna getmək istəməsini əngəlləyib.
Satışa yeni çıxan bu kitab böyük marağa səbəb olub və hazırda ölkədə sürətlə satılmağa başlayıb.
Kitabda xüsusi olaraq Makronun köməkçilərinin dilindən yazılanlar yer alıb.
Kitabda köməkçilər haqqında maraqlı bir qeyddə yazılıb: “Prezident köməkçiləri bir qadınla rəqabət aparmağa öyrəşməyiblər. Gündüz prezidentin bir qərar almasına nail olurlar, axşama isə o fikrindən döndüyünü bildirir. Daha sonra ertəsi gün yenidən fikrini dəyişdiyini deyir”.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar