Xəbər lenti
Trampın açıqlaması Ərdoğanı şoka salıb - “Sandıqdan çıxana hörmət etməlisən”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın müxalifət lideri Xuan Quaydonu Venesuela prezidenti kimi tanımasına münasibət bildirib.
Ərdoğan Trampın açıqlamasının onu şoka saldığını bildirib:
“15 iyulda çevrilişə cəhd bizdə də olmuşdu. Həmin vaxt cənab Maduro dərhal mənə zəng etdi və hətta Türkiyəyə gəldi. O vaxta qədər Maduro ilə tanış deyildik. Tanış olduq. Mən demokratiyanı belə tanıdım, 40 illik siyasi keçmişim var. Sandıqdan çıxana hörmət etməlisən. Hörmət etmirsinizsə, bu, demokratiya deyil. Totalitar zehniyyətdir. Trampın bu cür açıqlaması demokratiyaya inanan bir insan kimi məni şoka saldı.
Mən də Rusiyadan qayıdarkən Maduroya zəng vurdum. Ona bu vəziyyətdə “dik dur, anti demokratik təşəbbüslərə bəhanə vermə” dedim. Demokratların yanında olmalıyıq. Mən Maduronun bu çətinliyin öhdəsindən gələcəyinə inanıram”.qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar