Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

İsrail İrana MÜHARİBƏ ELAN EDİR - 3 cəhbədən döyüş başlayacaq

Tarix: 17-01-2019 09:47     Baxış: 3242 A- / A+
İsrail İrana MÜHARİBƏ ELAN EDİR

İran Suriyadakı varlığını qorumağa davam edərsə, İsrail İrana girmək məcburiyyətində qalacaq.


Manevr.az
xəbər verir ki, bu iddia mərkəzi Təl-Əvivdə yerləşən İNSS düşüncə qurumundan gəlib.

İsrailin 2019-cu ildə üz-üzə qalacağı təhlükəsizlik probelmləri və bu problemlərin necə həll olunacağına dair hesabatda ölkənin bu il qarşılaşacağı ən böyük təhdidin şimalda İran, Suriya və Hizbullah ilə başlayacaq müharibə olduğu vurğulanıb.

Əgər bu müharibə başlasa, qarşıdurmalar cənuba keçə bilər və bu durumda İsrailin Qəzza zolağında nəzarəti əlində saxlayan Həmas ilə savaşmaq məcburiyyətində qalacağı bildirilib.

Həmçinin, qeyd edilib ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramına qarşı sələflərindən daha sərt addımlar atır, lakin bununla belə, Vaşinqton İrana qarşı hərbi hərəkata hazırlaşmır. Trampın əsgərlərini Suriyadan çıxarmaq qərarından sonra Tehranın Suriyadakı varlığını sonlandırmaq üçün İrana müdaxilə etmək məsələsi də buna görə qabardılıb.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu yaxın günlərdə İranı Suriyadan çəkilmək üçün təhdid etmiş, hücumlara qorxmadan və daim davam edəcəklərini bildirmişdi.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar