Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda deputatın həbsi tələbi ilə aksiya keçirənlər Paşinyana xəbərdarlıq ediblər - ŞƏKİL

Tarix: 15-01-2019 04:44     Baxış: 2231 A- / A+
Ermənistanda deputatın həbsi tələbi ilə aksiya keçirənlər Paşinyana xəbərdarlıq ediblər

Ermənistan müdafiə nazirinin keçmiş müavini, parlamentin sabiq deputatı, "Erkrap" könüllü ittifaqının sədri olmuş Manvel Qriqoryanın həbsini tələb edən aksiyaçılar ölkənin baş naziri Nikol Paşinyanla görüşmək istəyir.

Bu barədə aksiyanın təşkilatçılarından biri Civan Abramyan jurnalistlərə bildirib.

"Nikol Paşinyandan başqa, hakimiyyətin heç bir nümayəndəsi ilə görüş istəmirik", - deyə o bildirib. Aksiyaçı Paşinyana müraciət edərək, qrup üzvlərinin üç gün ərzində onunla görüşmək istədiklərini bildrib. "Bizim sizə deyəcəyimiz söz var", - deyə Abramyan qeyd edib.

Etiraz aksiyasının təşkilatçısı ölkədə itaətsizlik aksiyalarına başlamağa çağırıb. O, həmçinin bildirib ki, bugünkü aksiyanın iştirakçıları Arşakunyas prospekti üzrə addımlayıblar. Civan Abramyan aksiyaçıların magistral yolu bağlayacaqlarını istisna etməyib.

Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin keçmiş müavini, sabiq deputat Manvel Qriqoryan ötən il iyunun 19-də saxlanılıb. O, qanunsuz silah-sursat saxlamaqda, əmlak mənimsənilməsində ittiham edilir.

Manvel Qriqoryanın ötən il dekabrın 21-də 52 min dollar (25 milyon dram) məbləğində girov qarşılığında zaminə buraxılıb. O, zaminə buraxılandan sonra etiraz aksiyaları başlayıb. milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar