Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Boşanandan 23 il sonra böyrəyini keçmiş ərinə verdi - İBRƏTAMİZ...

Tarix: 14-01-2019 08:33     Baxış: 3189 A- / A+
Boşanandan 23 il sonra böyrəyini keçmiş ərinə verdi

“Xeyirxahlıq yolda deyil, onu təsadüfən görüb götürə bilməzsən. İnsan xeyirxahlığı insandan öyrənir”.
Bu sözlər böyük yazıçı Çingiz Aytmatova məxsusdur. Həyat o qədər çətin olub ki, insanlar bu gün xeyirxahlığı az qala yalnız maddi köməkdə görür, dərdinin çarəsini kiminsə ona etdiyi maddi dəstəkdə axtarır. Amma, başqa cür xeyirxahlıq da var. Doğrudan da çətinlik yaddan tez çıxar, amma xeyirxahlıq hər zaman xatırlanır.

Manevr.az
-ın moderator.az-a istinadən diqqətinizə çatdırdığı bu xəbər də xeyirxahlığın maddiyatla ölçülməyən bir nümunəsidir.

Amerikalı Meri və Henrix məktəbi bitirən kimi, 18 yaşında evlənirlər. 21 il sonra onların nikahı pozulur. Bu müddətdə ailənin iki uşağı dünyaya gəlir. Boşanma olmasına baxmayaraq, köhnə ər-arvad dost qalırlar və son illərdə də əlaqə saxlayıblar.

Henrix sağlamlıq problemləri ilə qarşılaşanda, tərəddüd etməyən Meri, onun üçün donor olmağı qəbul edir.

"Mən dərhal bunu edəcəyimi başa düşdüm. Henri və mən birlikdə böyüdük, iki övladımız var. Mən bilirəm ki, uşaqlarıma ata, nəvələrimə baba lazımdır ".

Henrix: "Boşanma - boşanmadır, ancaq dalaşmaq üçün səbəb deyil. Yaxşı münasibətdə olmaq üçün çox vacib səbəblər var. Bir gün bir böyrəyə ehtiyacınız ola bilər " - öz növbəsində keçmiş ər zarafat edib.

Qəzetin yazdığına görə böyrək köçürülməsi uğurla həyata keçib: donor da, xəstə də artıq evdədirlər və özlərini yaxşı hiss edirlər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar