Xəbər lenti
1700 illik qəbirdə qorxunc kəşf - ŞƏKİLLƏR
İngiltərənin Saffolk bölgəsində arxeoloqlar 1700 il əvvələ aid Roma dövrünün məzarını qazıblar.
Manevr.az bildirir ki, antik Roma məzarlığını qazan arxeoloqlar qorxunc bir kəşfə imza atıblar. Məzarda başları bədənindən ayrılmış skeletlər tapılıb.
Qəbirlərdə 52 skelet aşkar edilib. Onlardan 17-sində kəllə sümüyü ya ayaqların yanında, ya da arasında olub. Arxeoloq Endryu Piçey bildirib ki, bu, qədim Roma dəfn adətlərinə aid "sehrləyici bir baxış bucağı"dır. IV əsrə aid Roma qəbirstanlığı çox ehtimal ki, yaxınlıqdakı yaşayış məskənində yaşamış kişi, qadın və uşaqların dəfn edildiyi yerdir.
Alim qeyd edir ki, dəfn edilənlər edam edilən şəxslər deyil. Fərd öldükdən sonra onların başlarını gövdədən ayırıblar. Tədqiqatçılar bu adətə sahib əhali haqqında məlumat əldə etmək üçün sümükləri analiz edirlər.
Qeyd edək ki, Saffolk əyaləti I əsrdə Roma işğalına qədər İceni qəbiləsinin nəzarətində olub. I əsrdən V əsrə qədər isə Norviç yaxınlığındakı Kolçester və Keystordakı əsas Roma yaşayış məntəqələri arasındakı ərazi idi./ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar