Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ronaldo ən yaxşı futbolçu seçildi

Tarix: 04-01-2019 11:10     Baxış: 3206 A- / A+
Ronaldo ən yaxşı futbolçu seçildi


Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) 2018-ci il üçün "Globe Soccer Awards”ın mükafatçılarını müəyyən edib.

Manevr.az xəbər verir ki, "Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo ən yaxşı futbolçu mükafatına layiq görülüb. Portuqaliyalı futbolçu eyni mükafatı beşinci dəfədir alır ki, bu da rekord göstəricidir. Ronaldo, həmçinin ilin ən yaxşı qolu nominasiyasında mükafat qazanıb. Bu, futbolçunun "Real Madrid”in heyətində olarkən UEFA Çempionlar Liqasında "Yuventus”un qapısından keçirdiyi qola görədir.

Mükafatlar bir neçə nominasiyada təqdim edilib. Ən yaxşı məşqçilik karyerası nominasiyasında Rusiya milli komandasının sabiq baş məşqçisi, italiyalı Fabio Kapello qalib olub. İlin ən yaxşı klubu "Atletico Madrid” hesab edilib.

"Yuventus”da işləyən Fabio Parattiçi ən yaxşı idman direktoru seçilib. İlin ən yaxşı agenti nominasiyasında Kriştianu Ronaldunun agenti Jorje Mendeş qalib gəlib.

İlin ən yaxşı karyerası nominasiyasında Fransa millisinin və "Yuventus” klubunun futbolçusu Blez Matuidi, ilin ən yaxşı məşqçisi nominasiyasında isə Fransa millisi ilə çalışan Didye Deşam seçilib.

Mükafatlandırma mərasimi Dubayda keçirilib.\xəzərxəbər


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar