Xəbər lenti
Ruhani İran-İraq müharibəsində ölən erməninin ailəsinə baş çəkdi
Yeni il gecəsi İran prezidenti Həsən Ruhani İran-İraq müharibəsində həlak olmuş erməni əsilli fədai Alfred Həbrinin ailəsinə baş çəkərək, Yeni il münasibəti ilə onları təbrik edib.
Manevr.az xəbər verir ki, bu barədə İran televiziyası məlumat yayıb.
Məlumata görə Həsən Ruhani bu görüşdə bütün xristian vətəndaşları yeni il münasibəti ilə təbrik edib və Alfred Həbrinin ailəsinə səbr diləyib.
Daha sonra Ruhani erməni ailəsinə üzünü tutaraq deyib:
“Sizin oğlunuz özünü vətən yolunda qurban verib. Oğul itirmək asan iş deyil, amma nəzərə alsaq ki, sizin oğlunuz vətən yolunda fədailik zirvəsinə çatıb, bu fakt itkini yüngülləşdirir. Erməni əsilli xristian vətəndaşlarımız müsəlman əsilli vətəndaşlarımızla daban-dabana bir yerdə cəsarətlə vətəni qoruyub və bu gün də onun uğrunda canlarını verməyə hazırdırlar. Bu cür hal onlar qarşısında baş əyməyi layiq bilir”.
Xatırladaq ki, şəhid Alfred Həbri 1992-ci ildə 20 yaşında Gilane-Qərb vilayətində həlak olub.ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar