Xəbər lenti
Futbol matçında qarşıdurma: 62 nəfər yaralandı
Futbol üzrə Əlcəzair kubokunun onaltıdabir final mərhələsində keçirilən “MC Alger”-“Village Moussa” matçı zamanı azarkeşlərlə təhlükəsizlik qüvvələri arasında baş verən çoxsaylı insident nəticəsində 62 nəfər xəsarət alıb.
Manevr.az Azərtac-a istinadən xəbər verir ki, xəsarət alanlardan 45-i polis əməkdaşıdır.
Bildirilir ki, azarkeşlərin meydana daş və digər yad əşyalar atması, həmçinin baş verən qarşıdurmalar səbəbindən oyun bir neçə dəfə dayandırılıb. Lakin baş hakim matça əlavə edilmiş dəqiqələrdə oyunu tamamilə dayandıraraq futbolçuları soyunub-geyinmə otağına yollayıb.
Əlcəzair Futbol Federasiyası hadisə ilə bağlı araşdırmalara başlayıb. Meydan sahiblərinin ağır cəzalara məruz qalacağı istisna edilmir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar