Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qadının qul kimi aldığı qız susuzluqdan ölüb

Tarix: 30-12-2018 14:50     Baxış: 3319 A- / A+
Qadının qul kimi aldığı qız susuzluqdan ölüb

Almaniyada İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qoşulan 27 yaşlı qadın hərbi cinayətdə ittiham olunur. Cennifer B.nin günahkar elan edilməsinin səbəbi onun 2015-ci ildə evdə qul kimi işlətmək üçün aldığı 5 yaşlı qızın günəş altında susuzluqdan ölməsinə imkan verməsidir.

Manevr.az
xəbər verir ki, Cennifer və onun əri azyaşlı qızı İŞİD Mosulu ələ keçirdiyi zaman burada yaşayanda alıblar. “Qız xəstələnəndən və döşəyinə isladandan sonra təqsirləndirilənin əri cəza olaraq onu döyüb küçəyə ataraq qızmar istidə susuzluqdan ölməsinə imkan verib”, – Almaniya prokurorluğunun açıqlamasında vurğulanır.

Məlumata görə, təqsirləndirilən ərinə bunu etməyə imkan verib və uşağı xilas etməkdən ötrü heç nə etməyib.

Cennifer Almaniyanı 2014-cü ilin avqust ayında tərk edərək İŞİD-ə qoşulmaq üçün İraqa gedib. “Onun vəzifəsi qadınların davranış və geyimlərində terror təşkilatının müəyyənləşdirdiyi qaydalara əməl etmələrinə nəzarət olub”, – açıqlamada qeyd edilir.

Uşağın ölümündən bir neçə ay sonra – 2016-cı ilin yanvar ayında Cennifer Almaniyanın Ankaradakı səfirlyinə gələrək şəxsiyyətini təsdiq edən sənədin dəyişdirilib yenisini almaq üçün müraciət edib. O, İŞİD-dən ayrılanda isə Türkiyənin xüsusi xidməti həbs edərək Almaniyaya ekstradasiya edib.

Federal prokurorlar onu hərbi cinayətdə, qətldə ittiham edir. Əgər təqsiri sübut olunarsa, ömürlük azadlıqdam məhrum ediləcək./medpress.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar