Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qocalmaya qarşı effektiv vasitə tapıldı

Tarix: 29-12-2018 09:14     Baxış: 3255 A- / A+
Qocalmaya qarşı effektiv vasitə tapıldı

Portuqaliyalı alimlər ilk dəfə olaraq Alzheymer xəstəliyi zamanı sinir hüceyrələrinin ölümünün əslində orqanizmin artmaqda olan xətalı neyronlara reaksiyası olduğunu sübuta yetirib. Bu mexanizm beynin qocalmaya qarşı mübarizə aparmasına imkan verərək, onun normal funksionallıq müddətini uzadır.

Manevr.az
xəbər verir ki, bu haqda press-reliz “EurekAlert!” saytında dərc olunub.

Tədqiqatçılar Alzheymer xəstəliyinin modeli olan genetik modifikasiya olunmuş milçəklər üzərində təcrübə aparıb. Onların beynində neyrodegenerativ xəstəliklərin inkişafında vacib rol oynayan beta-amiloid zülallar ərsəyə gəlir.

İnsan beynində beta-amiloidlər hüceyrələri məhv edən piləklər formalaşır. Sınaq milçəklərində də demensiya əlamətlərinə bənzər simptomlar o cümlədən uzunmüddətli yaddaş itkisi, hərəkətin koordinasiyası problemləri, sinir toxumalarının sürətlə qocalması izlənilib.

Tədqiqatçılar neyronların kortəbii şəkildə öldüyünü yoxsa onların ölümünün daha güclü (daha sağlam) hüceyrələrlə rəqabətdə uduzaraq məhv olduğunu yoxlayıb. Sonuncuda “hüceyrə keyfiyyətinə nəzarət" baş verir ki, bu da daha davamlı neyronların sağ qalmasına şərait yaradır. “Pis” hüceyrələrin kənarlaşdırılması orqanizmin təbii özünüyeniləmə vasitəsidir və qocalma prosesini ləngidir. Belə hüceyrələrin ölümü demensiyanın inkişafına əngəl yarada bilər.

Milçəklərdə “pis” sinir hüceyrələrinin ölümünün qarşısını aldıqdan sonra alimlər həşəratlarda Alzheymer xəstəliyi simptomlarının sürətlə inkişaf etdiyini və milçəklərin erkən ölümlə üzləşdiyini müşahidə edib. Əksinə “keyfiyyətə nəzarət” mexanizminin sürətləndirilməsi beynin koqnitiv funksiyalarının (o cümlədən yaddaş və öyrənmə qabiliyyəti) bərpasına yol açıb.

Tədqiqatçılar əmin edir ki, bu tapıntının nəticələri neyrodegenerativ xəstəliklərin yeni müalicə metodlarını yaratmağa imkan verəcək.oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar