Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

İranla bağlı yeni DƏHŞƏTLİ FAKTLAR ÜZƏ ÇIXDI: 13 yaşlı qızlarla azyaşlı oğlanlar...

Tarix: 28-12-2018 23:19     Baxış: 3253 A- / A+
İranla bağlı yeni DƏHŞƏTLİ FAKTLAR ÜZƏ ÇIXDI: 13 yaşlı qızlarla azyaşlı oğlanlar...

İranda 13 yaşdan aşağı uşaqların evlənməsi faktlarının sayı sürətlə artmaqdadır.


Manevr.az
xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən insan haqları müdafiəçiləri İran Statistika Mərkəzinin dərc etdiyi məlumatlara əsasən, informasiya yayıb.

Bu informasiya İran Milli Məclisinin Məhkəmə və Hüquq Komitəsinin bu yaxınlarda 13 yaşdan aşağı uşaqların evliliyini qadağan edən qanun layihəsini rədd etməsindən sonra yayımlanıb.

Məlumata görə, 2012-ci il ərzində ölkədə nikaha daxil olmuş qadınların yalnız 4.9%-i 15 yaşdan kiçik qızlar olsa da, 2016-cı ildə bu rəqəm 5.6% təşkil edib. Beləliklə, təkcə 2016-cı ildə 39 mindən çox 15 yaşdan aşağı qız uşağı nikaha daxil olub. Məlumatda qeyd edilən illər arasında, 4 il ərzində İranda 200 mindən çox 15 yaşdan aşağı qız və oğlan uşaqları ailə qurub.

Qeyd edək ki, erkən evlilik zamanı yaranan hamiləlik ana və uşağın ölümünə səbəb ola bildiyindən uşaqların evliliyi BMT tərəfindən qadağan edilib.

Erkən evliliklə bağlı İran Milli Məclisində uzun müddət ərzində müzakirələr aparılıb. İnqilabdan əvvəl İranda qanuni evlilik yaşı 15 və 18 yaşlar arası olsa da, bu rəqəm inqilabdan sonra 1-ci çağırış Milli Məclis tərəfindən 1982-ci ildə 13 və 15 yaş həddinə endirilib. 6-cı çağırış İran Milli Məclisi 2000-ci ildə qanuni evlilik həddini qızlar üçün 15 yaşdan, oğlanlar üçün isə 18 yaşdan yuxarı müəyyənləşdirsə də, Nəzarət Şurası bu qanun layihəsinin əleyhinə çıxmışdı. Buna görə də İran Ali Məsləhət Şurası bu qanun layihəsini təsdiqləməmişdi.

2002-ci ildən isə İran ailə məcəlləsində 13 yaşdan kiçik qız uşaqlarının nikaha daxil olmasına icazə verilir./publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar