Xəbər lenti
Putin Nikolla görüşdən sonra Köçəryanı niyə təbrik etdi?
Paşinyanla görüşdən sonra Putinin Köçəryana təbriki təsadüf deyil.
Bu sözləri açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Putin və Paşinyan arasında görüşdən sonra tərəflərin bir-biri haqqında yüksək fikirlər səsləndirməsi təbiidir:
“Bunlar protokol qaydası sözlərdir. Bu görüşdən sonra yayılan xəbərlərə görə, Putin Köçəryanın buraxılması üçün müxtəlif səbəblər göstərib, sonda da “Köçəryan mənim dostumdur” deyib. Cavabında isə Paşinyan “Təəssüf edirəm ki, sizin belə dostlarınız var” söyləyib. Əgər bu xəbər doğrudursa, Köçəryan məsələsində Paşinyan Putinə rədd cavabı verib. Paşinyan üçün kifayət qədər cəsarətli bir cavabdır. Bu davam etsə, Putin üçün Paşinyanla digər məsələləri həll etmək çətin olacaq”.
Politoloq vurğulayıb ki, Putinin Köçəryanı təbrik etməsi onu unutmadığını göstərir:
“Bununla Putin Köçəryan və Qarabağ klanına deyir ki, mən sizin yanınızdayam, səbirli olun, çünki yaxşı günlər yenə qabaqdadır. Köçəryan və Qarabağ klanı üçün “yaxşı günlər” dedikdə isə qısa müddət ərzində Paşinyanın etimadları doğrultmayacağı təqdirdə xalqın onun arxasından çəkiləcəyi nəzərdə tutulur. Bu olan halda isə Putin bütün antipaşinyan qüvvələri yığıb yeni erməni iqtidarını formalaşdıracaq”.
Qeyd edək ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Bundan sonra isə Putin Ermənistanın eks-prezidenti Robert Köçəryana Yeni illə bağlı təbrik məktubu göndərib. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar