Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Süni ağciyər suyu yanacağa çevirir

Tarix: 27-12-2018 08:51     Baxış: 3236 A- / A+
Süni ağciyər suyu yanacağa çevirir


ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları insanın ağciyəri prinsipi üzrə işləyən və hidrogen yanacağını generasiya edən qurğu yaradıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hidrogenin nefti əvəz edən ekoloji təmiz yanacaq olması barədə uzun müddətdir müzakirələr aparılır. Bu, hidrogen yanacağının istehsalı üçün ilk qurğu olmasa da, onun unikal konstruksiyası prosesi daha effektiv edir. İnsanın ağciyərinə hava oksigen əldə edərək onu qan dövranına göndərən incə membran vasitəsilə daxil olur. Unikal struktura malik orqan bu qaz mübadiləsini yüksək effektivli edir. Stenford Universitetinin tədqiqatçılar qrupunun texnologiyası ağciyər formasında olan qalın plastik plyonkalı torbadır. Kisənin çöl tərəfi kiçik su buraxmayan məsamələrlə örtülüb, daxildən isə qızıl və platindən ibarət nanozərrəciklər çəkilib.

Qurğunu suya yerləşdirən və ona elektrik cərəyanı buraxan tədqiqatçılar "ağciyəri" enerjini generasiya etməyə məcbur ediblər. Mütəxəssislərin sözlərinə görə, məhz qurğunun forması ona plyonkanın üst səthinin örtülməsi ilə müqayisədə 32 faiz yüksək effektivliklə işləməyə kömək edir. Bu onunla əlaqədardır ki, ağciyərin forması enerji istehsalı prosesinin effektivliyini azalda bilən kisəciklərin yaranmasını minimuma endirir. Hazırda alimlər qurğunun dizaynını təkmilləşdirməyə və onu daha yüksək temperaturlara qarşı dözümlü olmağa məcbur etmək üçün yeni üsul icad etməyə hazırlaşırlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar