Xəbər lenti
Erməni xalqı Yeni ili işsiz kimi qarşılayacaq - Paşinyanın siyasəti ölkədə daha dərin uçurum yaradıb - VİDEO
"Ermənistanın yeni hakimiyyəti son aylarda o qədər səhvlər törədib ki, bizimkilər onun yanında heç nədir".
Xezerxeber.az-ın məlumatına görə, Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov "küçə inqilabı"ndan sonrakı vəziyyəti öz facebook səhifəsində şərh edib.
O bildirib ki, Ermənistan baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı fəxr edir ki, Konstitusiyanın qəbulundan sonra ilk dəfə Konstitusiya Məhkəməsinə parlament seçkisinin nəticələrindən şikayət verilməyib.
O, Paşinyanın hakimiyyəti dönəmində baş verənlərin Top-10 reytinqini də tərtib edib. Şarmazanovun cari il üçün tərtib etdiyi "Top-10"-luğun ilk pilləsinə Ermənistan tarixində ilk dəfə Diaspor Nazirliyinin bağlanılması yer alır. O əlavə edib ki, artıq ölkəsinin Mədəniyyət Nazirliyi də olmayacaq. Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi bildirib ki, ilk dəfə minlərlə vətəndaş yeni ili işsiz kimi qarşılayacaq.
Paşinyanın 8 ayda imza atdığı yeniliklər siyahısında ikinci pillədə Ermənistanın ilk dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsindən məhrum edilməsidir. Şarmazanovun sözlərinə görə, Nikol Pşainyan ölkənin gələcəyini düşünməkdənsə, hakimiyyətə gəldiyi 8 ayda Robert Koçaryanı həbs etdirməklə məşğul olub. Bundan əlavə, 2018-ci ildə Dağlıq Qarabağ məsələsi Ermənistan üçün ilk dəfə arxa plana keçib. Çünki Paşinyanın başı bu il hakimiyyəti ələ keçirməyə qarışıb.
Eduard Şarmazanovun tərtib etdiyi siyahıda Müqəddəs Eçmiədzinin dəftərxanasının işğal edilməsi, bütün ermənilərin katolikosuna hücum kimi məsələlər də var. Siyasətçi qeyd edib ki, bu il Ermənistan küçələrində homoseksuallar polisə hücum edib. Həmçinin Ermənistanın müstəqilliyindən bu yana, xalq ilk dəfə ağlar və qaralara bölünüb ki, bunu da edən ilk dövlət başçısı Paşinyan olub.
Xatırladaq ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkə vətəndaşlarına demokratiya, inkişaf, korrupsiya ilə amansız mübarizə, iqtisadi və maliyyə problemlərinin həlli, fəlakət səviyyəsinə çatmış mühacirət və s. problemlərin qısa zamanda həllini vəd etmişdi.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar