Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Nazirlik siqaret satışını qadağan etmək istəyir

Tarix: 26-12-2018 14:18     Baxış: 3186 A- / A+
Nazirlik siqaret satışını qadağan etmək istəyir

Rusiya Səhiyyə Nazirliyi 2019-cu ildən 2030-cu ilədək tütün məmulatlarının istehlakına qarşı dövlət siyasəti konsepsiyası layihəsi hazırlayıb.

Manevr.az
-ın məlumatına görə, sənədə əsasən, əsas məqsəd 2050-ci ilədək tütün məmulatlarından istifadəni tədricən azaltmaqdır. Nazirlik, həmçinin tütün məhsullarının mərhələli şəkildə dövriyyədən çıxarılması variantına baxır.

Qurumdan bildiriblər ki, Rusiya əhalisinin təqribən 1/3-i – 40 milyondan çox insan siqaret çəkir. Qiymətləndirməyə əsasən, 2040-2050-ci ilədək bu zərərli vərdişə mübtəla olan vətəndaşların sayı 5 faizə qədər azaldılmalıdır ki, bu da tütün məmulatlarının satışını dayandırmağa imkan verəcək.

Nazirlik hesab edir ki, siqaret satışından büdcəyə daxilolmalar tütün istehlakından yaranan xəstəliklərin qarşısının alınmasına sərf olunan vəsaitdən xeyli azdır. Həmçinin qeyd olunur ki, siqaret çəkməyən vətəndaşlarda əmək qabiliyyəti və ömür uzunluğu artır, xəstəlik müddəti isə azalır.

Qeyd edək ki, Rusiyada stadion, məktəb, xəstəxana, mağaza, uşaq meydançaları, eləcə də təyyarələrdə tütün məmulatlarını reklam etmək, mehmanxana, kafe və restoranlar, qatarlar, vağzal və hava limanlarında isə siqaret çəkmək qadağandır.

Bir müddət əvvəl Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqay bildirmişdi ki, ölkədə ölüm hallarının 17 faizinin səbəbi siqaret çəkməkdir./unikal.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar