Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yezidi kürd anası: “Ermənistan ordusunda əsgərlərə işgəncə verirlər”

Tarix: 25-12-2018 17:50     Baxış: 2195 A- / A+
Yezidi kürd anası: “Ermənistan ordusunda əsgərlərə işgəncə verirlər”

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində Ermənistan hərbçilərinin bir-birinə işgəncə verməsi davam edir.


Manevr.az
xəbər verir ki, yezidi kürd etnik qrupunun nümayəndəsi Marina Broyan Ermənistanın Armavir vilayətinin Crarat kəndində anadan olmuş 19 yaşlı oğlu Yurik Broyana verilən işgəncədən danışıb.

O, Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycanın keçmiş Ağdərə rayonu ərazisində xidmət edib. Erməni əsgərin vəziyyəti barəsində anasının danışdıqlarını qısaca olaraq təqdim edirik: “Oğlum irsi olaraq psixoloji yayqınlıq xəstəsidir. Yurik, demək olar ki, məktəbə getməyib. Birinci-ikinci sinfi güclə bitirib. Yazıb-oxumağı da bilmir. Cari ilin avqustunda Ermənistan Mərkəzi Hərbi-Tibbi Komissiyası onun “yüngül zəka geriliyi” diaqnozu ilə bağlı sənəd verdi. Bununla belə, onu sıravi xidmətə yararlı sayaraq orduya çağırdılar. O, evdə heç kimlə danışmır, özünü təcrid edirdi. Ancaq hərbi komissarlıq yararlı saydı. Avqustda onu Mərkəzi Hərbi-Tibbi Komissiyaya çağırıb oradan da Qarabağa aparıblar. Uzun müddət onun hara aparıldığını bilmədim”.

Əsgərin anası bildirib ki, xidmətə başlayandan on gün sonra oğlunun xidmət etdiyi taborun komandiri onu döyüb. Qadın deyib ki, bundan sonra oğlu Xankəndidəki psixiatrik xəstəxanaya yerləşdirilib: “Oradan bir qadın mənə zəng elədi. Ancaq getmək imkanım olmadı. Sonra oğlumu Yerevandakı hərbi hospitala yerləşdiriblər. Onu görəndə çox dəhşətli vəziyyətdə idi. O, danışa bilmirdi. Əllərində isə kəsik izləri var idi”.

Marina Broyanın sözlərinə görə, oğlu üç aydır danışa bilmir: “Yerli həkimlərə inanmıram. Onlardan biri mənə dedi ki, oğlunun həyatı məndən asılıdır: “Nə yazsam, elə olacaq. Hara istəyirsən get şikayət elə, sənin səsini heç kim eşitməyəcək”. Əsgərlərlə çox pis davranırlar. İşgəncə verirlər, qışqırırlar”.

O, məhkəməyə müraciət etdiyini, prosesin ləngidiyni, növbəti iclasın yanvara təyin olunduğunu söyləyib./report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar