Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı jurnalisti erməni qətlə yetirib

Tarix: 24-12-2018 20:07     Baxış: 2231 A- / A+
Azərbaycanlı jurnalisti erməni qətlə yetirib


Ukrayna Təhlükəsizlik Xidməti Mərkəzi Afrika Respublikasında üç Rusiya jurnalistinin qətlində şübhəli bilinən "Vaqner" xüsusi hərbi şirkətin 10 muzdlusunun şəxsiyyətini müəyyənləşdirib.

Qurumun saytında verilən məlumata görə, "Vaqner" muzdluları bu ilin əvvəlində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi (keçmiş QRU) tərəfindən Afrika ölkəsinə göndərilib.

Muzdlu döyüşçülər "M-Finans" şirkətinin əməkdaşları kimi təqdim ediliblər. Onları Afrikaya rusiyalı biznesmen Yevgeni Priqojinin şəxsi təyyarəsi ilə çatdırıblar.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, "M-Finans" şirkətinin vəzifələrinə Mərkəzi Afrika Respublikasında yerli hərbiləşdirilmiş qruplaşmaların üzvlərinin təlimatçı hazırlığının həyata keçirilməsi də daxildir.

Ümumilikdə, Ukrayna Təhlükəsizlik Xidməti "M-Finans"-ın "təhlükəsizlik xidməti"nin tərkibində Mərkəzi Afrika Respublikasında Rusiyanın hərbi kəşfiyyatının rəhbərliyi ilə xidməti məsələlərin icrasına cəlb edilən 37 Rusiya vətəndaşının şəxsiyyətini müəyyən edib. Onlardan 10-u bilavasitə Rusiya jurnalistlərinin qətli günündə Mərkəzi Afrika Respublikasında olub. Qeyd edilir ki, bu şəxslərdən əksəriyyəti Ukraynanın şərqində və Suriyada terror fəaliyyətində iştirak edirdilər. Onların arasında erməni mənşəli muzdlu da var.

Həmin 10 nəfərin adları aşağıdakılardır:

Zaliçev A.B. - 1984-cü il;

Qruzdenok R.V. - 1976-cı il;

Yudov S.M. - 1968-ci il;

Farafonov A.Y. - 1975-ci il;

Kirakosyan A.A. - 1976-cı il;

Sotov A.A. - 1976-cı il ;

Bubnov A. - 1971-ci il;

Vildyayev V.V. - 1977-ci il;

Minibayev İ.R. - 1988-ci il;

Zavadski S.Y. - 1975-ci il.


Qeyd edək ki, MAR-da sənədli film çəkən rusiyalı jurnalistlər iyulun 31-də naməlum şəxslər tərəfindən qətlə yetiriliblər.

Əslən azərbaycanlı olan Rusiya jurnalisti Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyev Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər. Məlumatlara əsasən, rusiyalıları blokpostda saxlayıblar və daha sonra onların ölüm xəbəri gəlib. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar