Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda aksiya: generalın təkrar həbs edilməsi tələb olunur

Tarix: 23-12-2018 17:42     Baxış: 3278 A- / A+
Ermənistanda aksiya:

General Manvel Qriqoryanın girov müqabilində həbsdən buraxılması onun doğulduğu şəhərdə sərt etirazlara səbəb olub.

Eçmiədzin şəhərinin sakinləri artıq üçüncü gündür, etirazlarını davam etdirirlər. Şəhər sakinləri sabiq deputat və müdafiə nazirinin keçmiş müavini M.Qriqoryanın təkrar həbs edilməsini istəyirlər.

Aksiya iştirakçılarının etiraz yürüşü davam edir. Civan Abramyan adlı aksiya fəalı deyib ki, Qriqoryan despot olub və vaxtilə bütün şəhəri qorxu içində saxladığı üçün cəzalandırılmalıdır. O, həmçinin hakimi pul qarşılığında belə bir despotu həbsdən buraxmaqda da ittiham edib.

Qeyd edək ki, M.Qriqoryan 21 dekabrda 25 milyon dram (51,5 min dollar) müqabilində azadlığa buraxılıb. Bu qərardan dərhal sonra Eçmiədzində aksiyaların başlanması Nikol Paşinyanı da dilə gətirib. O, deyib ki, məhkəmənin qərarı onun üçün gözlənilməz olub və məsələni araşdıracaq.

Qriqoryanın xalq tərəfindən cəzalandırılacağından ehtiyatlanan rəsmi qurumlar onu Armavir vilayətinin Aknaliç kəndindəki bağ evinə aparıblar. Polis bütün gün ərzində burada keşik çəkir.

Xatırladaq ki, Qarabağ müharibəsində Azərbaycan xalqına qarşı ən qəddar münasibəti ilə seçilmiş erməni general bu ilin iyununda deputat mandatından məhrum edilərək həbs olunub. Axtarışlar zamanı onun evindən külli miqdarda silah-sursat və əsgərlər üçün nəzərdə tutulmuş məhsullar aşkarlanıb./musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar