Xəbər lenti
185 keşiş uşaqları zorlamaqda ittiham olunur
ABŞ-ın İllinoys ştatının prokuroru Liza Mediqan kilsə ruhaniləri tərəfindən azyaşlı uşaqlara qarşı 700-ə yaxın cinsi zorakılıq və təcavüz faktlarının aşkarlanması barədə hesabat dərc edib.
Manevr.az xəbər verir ki, prokuror İllinoysun 6 yeparxiyasında bu cür əməllə məşğul olan 185 keşişin kimliyini müəyyənləşdirə bildiklərini deyib. Lakin araşdırma zamanı daha 500 analoji təcavüz faktları üzə çıxıb.
Hesabatda müxtəlif şikayət və müraciətlərə baxmayaraq, ştatın kilsə rəhbərliyinin uşaqlara qarşı təcavüz faktlarını lazımi formada araşdırmaması və buna cəhd etməməsi xüsusilə qınanıb. Hətta istisna edilmir ki, kilsə rəhbərliyi keşişlərin azyaşlıları zorladığından xəbərdar olub və onların bu cinayətlərini sistematik şəkildə dəfələrlə ört-basdır edib.
Bununla belə, hesabatda uşaqlara təcavüz edən 185 keşişin adı və azyaşlılara qarşı törətdikləri cinayətlərin dəqiq tarixləri qeyd olunmayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Pensilvaniya ştatının yeparxiyasına daxil olan kilsələrdəki 300 keşişin min nəfərdən çox azyaşlı uşağa cinsi təcavüz etdiyi üzə çıxmışdı. Nəticədə onlardan bəzilərinə qarşı cinayət işi açılmışdı./femida.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar