Xəbər lenti
Baş prokuror ölkə prezidentini korrupsiyada ittiham edib

Braziliyanın baş prokuroru Rakel Dodj ölkənin hazırkı prezidenti Mişel Temerə qarşı korrupsiya və çirkli pulların yuyulması ittihamlarını irəli sürüb.
Manevr.az bildirir ki, ittihamlar ölkə limanları idarəsi ilə bağlı korrupsiya sxemlərinin istintaqı çərçivəsində irəli sürülüb.
Prokurorluq hesab edir ki, Temer 2017-ci ildə rüşvət müqabilində iki limanın müqavilələrinin 70 il müddətinə uzadılmasına icazə verən fərman imzalayıb. Prezident Administrasiyasından isə bildiriblər ki, dövlət başçısı öz günahsızlığını sübut edə bilər.
Temerə qarşı proses yalnız ittihamlar Braziliya parlament tərəfindən təqdir edildikdə başlaya bilər. Lakin KİV hesab edir ki, bu, artıq gələn ilin yanvarında - Temerin səlahiyyət müddəti başa çatanda olacaq.
Qeyd edək ki, bu, Braziliya prezidentinə qarşı ilk korrupsiya ittihamı deyil. Ötən ilin iyununda da Braziliyanın o zamankı baş prokuroru Rodriqo Janot ölkə prezidenti Mişel Tenerə qarşı rəsmən korrupsiya ittihamı irəli sürüb./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































