Xəbər lenti
Qorbaçov Putinə cavab verdi: Səhv məlumatlandırıblar

SSRİ-nin keçmiş Prezidenti Mixail Qorbaçov Rusiya lideri Vladimir Putinin “Orta və kiçik mənzilli raketlərin məhv edilməsi haqqında müqavilə çərçivəsində Sovet İttifaqının birtərəfli tərksilaha getməsi” iddiasını təkzib edib.
Manevr.az xəbər verir ki, M. Qorbaçovun fikrincə, V. Putini səhv məlumatlandırıblar.
Onun sözlərinə görə, heç bir birtərəfli tərksilah olmayıb: “Sözügedən müqaviləyə əsasən, yüzlərlə həm sovet, həm də Amerika raketləri məhv edilib”. V Putinin “saziş dəniz və havada yerləşən raketlərin ləğv edlməsini nəzərdə tutmur” sözlərinə cavab olaraq M. Qorbaçov deyib ki, bu cür silah Strateji hücum silahlarının azaldılması haqqında müqavilə ilə əhatə olunub. Siyasətçi, həmçinin vurğulayıb ki, tərksilah üzrə bütün qərarlar SSRİ-nin ali hərbi rəhbərliyi tərəfindən dəqiq işlənin hazırlanıb.
Qeyd edək ki, 1987-ci ildə M. Qorbaçov və ABŞ Prezidenti Ronald Reyqanın imzaladığı Orta və kiçik mənzilli raketlərin məhv edilməsi haqqında müqavilə tərəflərə yerüstü ballistik raketlərə və 500-dən 5,5 min kilometr uzunluğadək qanadlı raketlərə malik olmağı qadağan edir. SSRİ saziş çərçivəsində 3 il ərzində 1846 raket kompleksini, ABŞ isə 846 kompleks məhv edib./yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər


.png)
Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar