Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

İsrail parlamentində ermənilərin saxta diplomları ilə bağlı həyəcan

Tarix: 18-12-2018 21:00     Baxış: 2231 A- / A+
 İsrail parlamentində ermənilərin saxta diplomları ilə bağlı həyəcan

İsrail Knessetində təhsil problemlərinin müzakirəsi zamanı deputatlar Ermənistan ali məktəblərinin məzunlarının bilik səviyyəsi ilə bağlı həyəcan təbili çalıblar.

Manevr.az “Azərtac”a istinadən xəbər verir ki, parlamentdə Ermənistanda saxta diplom alan “həkimlərin” İsrailin səhiyyə sistemi üçün təhlükə törətdikləri vurğulanıb.

Professor Şaul Yatsiv parlamentarilərin bu narahatlığını bölüşüb. O deyib: “Xaricdəki şübhəli universitetlərdə tibb təhsili alan minlərlə israilli səhiyyə sistemi və insanların sağlamlığı üçün təhlükə mənbəyidir”.

Bu yaxınlarda İsraildə 3 erməni universitetinin saxta diplomu ilə işləyən 40 həkim və əczaçı həbs olunub. İsrailin Səhiyyə Nazirliyinin kadr şöbəsinin müdiri olan Yatsiv bununla bağlı bildirib ki, bəzi hallarda erməni ali məktəblərində verilən diplomlar saxta çıxmır, lakin məzunların bilik səviyyəsi olduqca aşağı olur. “Həmin universitetlərdə israilli tələbələrin bütün təhsil dövründə bir fəndən də qeyri-kafi qiymət aldığı hal olmayıb. Bu, çox qəribədir! Onlar bu ali məktəblərdə biliklərə yiyələnmədən diplom alırlar”.

“Vesti İzrailya” nəşri Ermənistanda saxta diplomlar alan tələbələrin mənsub olduqları ölkələrin də adlarını açıqlayıb. İsraildə bu diplomları “Qətl lisenziyası” da adlandırırlar.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar