Xəbər lenti
Ermənistanda parlamentin gülləbaran edilməsinin sirri açılacaq?
Ermənistanın ədliyyə nazirinin vəzifələrini icra edən Artak Zeynalyan bu yaxınlarda həbsxanada Nairi Unanyanla – parlamenti gülləbaran etmiş silahlı qruplaşmanın başçısı ilə görüşüb və onunla söhbət edib.
Virtualaz.org “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki. Nairi Unanyan 1999-cu ilin oktyabr ayının 27-də Ermənistan parlamentində terror aktı törətmiş qruplaşmanın lideridir. Bunu jurnalistlərə Zeynalyan özü bildirib.
“Bu günlərdə Nairi Unanyana baş çəkdim, onunla söhbət etdim. Ona idmanla daha çox məşğul olmağı məsləhət gördüm, çünki buna ehtiyac var”, - nazir əvəzi deyib.
Unanyanın psixi vəziyyəti haqqında suala cavab verən Zeynalyan əlavə edib ki, çox qısa müddət söhbət etdiyi üçün bu barədə mülahizə yürüdə bilmir. İstənilən halda, Zeynalyan görüş vaxtı qeyri-adi heç bir şey hiss etmədiyini bildirib.
Xatırladaq ki, 27 oktyabr 1999-cu il tarixində bir neçə terrorçu Ermənistan parlamentinin binasına daxil olaraq, spiker Karen Dəmirçiyanı, baş nazir Vazgen Sarkisyanı, spikerin müavinləri Yuri Baxşyanı və Ruben Miroyanı, operativ məsələlər üzrə nazir Leonard Petrosyanı, deputatlar Armenak Armenakyanı, Henrix Abramyanı və Mikael Kotanyanı güllələyiblər.
Terrorçuların məhkəməsi 2001-ci ilin fevral ayında başlayıb və 2003-cü ilin dekabr ayına qədər davam edib. Altı terrorçu, o cümlədən qruplaşmanın rəhbəri Nairi Unanyan, onun qardaşı Karen Unanyan, onların dayısı Vram Qalstyan, həmçinin Derenik Becanyan, Edik Qriqoryan və Aşot Knyazyan ömürlük həbs cəzasına məhkum ediliblər. Hamlet Stepanyan 14 il müddətinə həbs edilmişdi.
Adları çəkilənlərin hamısı vətənə xəyanətdə, terrorçuluqda, xüsusilə təhlükəli dövləti cinayətlərin törədilməsində ittiham ediliblər.
Xatırladaq ki, uzun illər ərzində Ermənistan müxalifəti Qarabağ klanının liderləri Robert Köçəryanı və Serj Sarkisyanı siyasi rəqiblərini meydandan götürmək məqsədilə terror aktının təşkilində ittiham ediblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar