Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

İlk qadın prezidenti and içdi - Gürcüstanda

Tarix: 16-12-2018 16:36     Baxış: 2342 A- / A+
İlk qadın prezidenti and içdi

Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib.

Telavi şəhərində II İrakli sarayında keçirilən tədbirdə Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze, parlament sədri İrakli Kobaxidze, hökumət üzvləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edib.

Andimçə mərasiminə təxminən 55 ölkənin yüksək səviyyəli 150-yə qədər nümayəndəsi qatılıb. Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

S.Zurabişvili prezident səlahiyyətlərini vicdanla yerinə yetirəcəyinə and içib: “Mən, xalqımın rifahı və təhlükəsizliyini müdafiə edəcəyəm, millətim və vətənimin dirçəlməsi və gücləndirilməsinin qayğısına qalacağam”.

Dövlət başçısı məqsədinin Gürcüstanın Avropalı gələcəyinin dönməzliyinə nail olmaqdan ibarət olduğunu deyib: “Bizim əsas hədəfimizə heç nə mane ola bilməz”.

O, Gürcüstanın hər bir vətəndaşının prezidenti olacağı, vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəyinə söz verib: “Mən qanunun aliliyini təmin edəcəyəm, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və siyasi mədəniyyətin inkişafının qayğısına qalacağam”.

Mərasimdən sonra Vaja Pşavela adına Telavi Dövlət Dram Teatrında S.Zurabişvilinin adından təntənəli qəbul təşkil olunub.

S.Zurabişvili Gürcüstanın sayca beşinci prezidenti, ölkənin tarixində isə birinci qadın dövlət başçısı olub. Xanım prezident 6 il müddətinə dövlət başçısı vəzifəsini yerinə yetirəcək.unikal.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar