Xəbər lenti
ABŞ-da sərnişini doğma dilində danışdığına görə avtobusdan bayıra atdılar!.. – Rəzalət...
Bu baxımdan Qərbin bəyənmədiyi Azərbaycandakı əcnəbilər kefdədirlər...
Müsəlman hüquq müdafiəsi təşkilatı- Amerika-İslam Əlaqələr Şurası (CAIR) ana dilində danışdığı üçün bir ərəbin avtobusdan bayıra atılmasına görə Miçiqan ştatının müvafiq orqanlarına bu rəzil ayrı-seçkilik barədə şikayət edib.
Manevr.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın “The Hill” nəşri məlumat yayıb. İbrahim Məhəmməd adlı müsəlmanın sözlərinə görə, onun ərəb dilində telefon danışığı Miçiqandan Ohayo şəhərinə gedən avtobus sürücüsünün xoşuna gəlmədiyindən onu təhqir edərək avtobusdan düşürüb.
Məsələyə münasibət bildirən zərərçəkmiş müsəlmanın vəkili Emi Dukure belə deyib:
"Bütün ictimaiyyət üçün xidmətlər təqdim edən belə şirkətlər hər bir müştərisinin əməkdaşları tərəfindən irqçilik və anti-müsəlman yanaşma ehtimalından qorunmasına əmin olmalıdırlar".
"Amerikalı müsəlmanlar öz gündəlik həyatlarını sərbəst şəkildə yaşamaq hüququna malikdirlər və doğmaları, qohumları, dostları ilə ingilis dilindən fərqli bir dildə danışdıqları üçün diskriminasiyaya məruz qalmaqdan narahat olmamalıdırlar"- deyə vəkil vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar