Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əsgər anasının ərzaq oğurluğu və Paşinyana müraciət

Tarix: 13-12-2018 14:22     Baxış: 2200 A- / A+
Əsgər anasının ərzaq oğurluğu və Paşinyana müraciət
Ermənistan hakimiyyəti və ordusunda uzun illərdir hökm sürən özbaşınalıq, dövlətin kriminal qanunlarla idarə olunması haqda bilgilər yayılmaqda davam edir.


Manevr.az
xəbər verir ki, erməni mətbuatı hakimiyyət dairələri tərəfindən sıxışdırıldığını, media azadlığının olmadığını etiraf edir, hüquq müdafiəçiləri polislərin söz azadlığını məhdudlaşdırdığını bildirir. Bununla yanaşı, mediada “oğru qanunları”nın hökm sürdüyü ordunun acınacaqlı durumu vaxtaşırı olaraq müzakirə edilir.

Həyat səviyyəsinin çox aşağı olduğu Ermənistanda “ac övladlarını xilas etmək üçün” oğurluq edən əsgər anasının xəbəri də birmənalı qarşılanmayıb. Oğru ananın övladının əsgər yoldaşları Paşinyana müraciət edərək, oğurluğa məcbur olan ananı başa düşməsini və onu bağışlamasını xahiş ediblər.

Ananın cinayət məsuliyyətinə səbəb olan hadisə isə 20 dollarlıq ərzaq oğurluğudur.

“Ermənistanda bir qrup hərbi qulluqçu ac övladları üçün 10 min dram oğurlamaqda ittiham olunan həmkarlarının anasının bağışlanması üçün Nikol Paşinyana müraciət ediblər. Hərbi qulluqçuların sözlərinə görə, bir aydan sonra yoldaşları tərxis olunacaq və onlar dostlarının anası və bacısı olmayan evə getməsini istəmirlər. Əslində, bunu ev də adlandırmaq olmaz. Çünki ailənin evi yoxdur və kirayə yaşayır.

Hərbi qulluqçuların açıq məktubu və “kişi məsələləri”nin ictimai şəkildə müzakirəsi Ermənistan üçün yenidir. Uzun illər “zona” çevrilmiş, hakimiyyətlə problemlərin həll edilməsinin, məktub yazılması və yoldaşlarına görə kömək istənilməsinin “zapodlo” olduğu ordu “ponyatka” və “oğru qanunları” ilə idarə olunub. Oğruların “zon”unda hər kəs özünə cavabdehdir və bütün məsələləri “vəziyyətə baxan” həll edir”, - erməni mətbuatı yazır.

Amma bu, media azadlığı və orduda “müsbət tendensiyanın” yaranması təəssüratı yaratmır. Əksinə, hüquq müdafiəçisi Larisa Alaverdyanın sözlərinə görə, xüsusən son aylarda bir sıra mətbuat orqanları əsassız və qeyri-müəyyən bir şəkildə polisin maraq dairəsinə düşüb:

“Polisin məsələ ilə bağlı izahatı daha pis səslənir. Onlar struktur rəhbərliyinin söz azadlığı, fikir və məsuliyyətlə bağlı elementar təsəvvürlərinin olmadığı barədə danışırlar”.

Görünür, Ermənistandakı “məxməri inqilab” hakimiyyətin söz azadlığını boğmaq meylinə təsir göstərə bilməyib. Sərkisyanı devirən, Köçəryanı həbs etdirən Nikol heç də özündən əvvəlkilərdən geri qalmır. Nəzərə almaq lazımdır ki, 20 dollarlıq ərzaq oğurlanması hadisəsi də N.Paşinyanın baş nazirliyi dövrünün “salnaməsidir”./axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar